Xəbərlər ::

HADİSƏ :: Prezident jurnalist Rasim Eliyevin qetlinin istintaqını şexsi nezarete götürdü

10-08-2015 13:08

 

 

 

“Prezident İlham Eliyev avqustun 8-de ann.az saytının emekdaşı Rasim Eliyevin döyülmesi ve fiziki xesaret alaraq dünyasını deyişmesi barede melumatdan ciddi narahat olub”.

 

APA-nın melumatına göre, bunu Azerbaycan prezidentinin ictimai-siyasi meseleler üzre kömekçisi Eli Hesenov deyib.

 

Onun sözlerine göre, Azerbaycan prezidenti bu faktı ölkede söz ve melumat azadlığına, kütlevi informasiya vasitelerinin müsteqil fealiyyetine tehlüke ve tehdid kimi qiymetlendirerek qeyd edib ki, demokratik prinsiplerin mühüm terkib hissesi olan KİV azadlığının temin edilmesi Azerbaycan dövletinin ali meqsedi ve prioritet vezifelerinden biridir: “Bu prinsipin pozulması dövletin maraqlarına ve heyata keçirilen siyasetin mahiyyetine tamamile ziddir ve yolverilmezdir”.

 

E. Hesenov bildirib ki, prezident İlham Eliyev hadise barede xeber tutan kimi Azerbaycan Respublikasının Baş Prokurorluğu ve Daxili İşler Nazirliyine meselenin qısa müddetde, tam tefsilatı ile araşdırılması, cinayetkarların tapılması ve mesuliyyete celb edilmesi, habele hadisenin baş verme sebebleri, istintaqın gedişi haqqında dövlet başçısının ve ictimaiyyetin müntezem qaydada melumatlandırılması ile bağlı tapşırıqlar verib.

 

“Azerbaycan prezidenti meseleni şexsi nezaretinde saxlayacağını ve cinayetkarların tapılaraq qanuna uyğun şekilde cezalandırılacağını diqqete çatdırıb. Cenab prezident bundan sonra da Azerbaycanda fundamental insan hüquq ve azadlıqlarının, hemçinin söz ve melumat azadlığının, kütlevi informasiya vasitelerinin müsteqilliyinin ve xüsusile jurnalist fealiyyetinin tehlükesizliyinin temin olunması üçün zeruri tedbirlerin şexsi nezareti altında davam etdirileceyini bildirib”, - deye o vurğulayıb.


Oxunub 398 defe