Xəbərlər ::

SİYASƏT :: "Aprel döyüşlerinin neticeleri Ermenistan üçün ders olacaq"

23-07-2016 10:54

"Ölkemizin bir saylı problemi olan Ermenistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişesinin hell olunmaması bezi qüvvelerin maraqlarına xidmet edir. Ermenistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişesinin helli bizim üçün prioritet meseledir. Bu meselenin tezlikle beynelxalq hüququn norma ve prinsipleri esasında, Azerbaycanın erazi bütövlüyü çerçivesinde hell edilmesi bizim üçün esas vezifedir".

 

Lent.az-ın melumatına göre, bunu Baş nazirin müavini, Qaçqınların ve Mecburi Köçkünlerin İşleri üzre Dövlet Komitesinin sedri Eli cari ilin birinci yarısının yekunlarına hesr olunmuş geniş kollegiya iclasında deyib.


Aprel hadiselerine toxunan Baş Eli Hesenov bildirib ki, Ermenistanın silahlı qüvveleri Azerbaycan erazilerimize silahlı hücum teşkil edib ve mülki ehaliye ciddi ziyan vurub: "Ancaq qüdretli Azerbaycan ordusu düşmene layiqli cavab verdi. Ermenistanın faşist cinayetkar rejimi bilmelidir ki, bu münaqişe tezlikle öz hellini tapmalıdır. Ermenistanın niyyeti münaqişeni dondurulmuş veziyyetde saxlamaqdır. Aprel döyüşleri bir daha onu gösterir ki, status-kvo tezlikle deyişdirilmelidir. Bunu artıq bu mesele ile meşğul olan vasiteçiler de defelerle beyan edibler. Hesab edirem ki, aprel döyüşlerinin neticeleri Ermenistan üçün ders olacaq, onlar lazımi neticeler çıxaracaqlar ve danışıqlar prosesinde konstruktiv mövqe ile çıxış edecekler. Son bir-iki ay erzinde danışıqlar prosesinde böyük feallıq var. ATET-in Minsk Qrupunun üzvü olan ölkelerin rehberleri de bu meselede feallıq nümayiş etdirirler. Ancaq keçen dövr erzinde ATET-in Minsk qrupu münaqişenin edaletli helli üçün tecavüzkara qarşı heç bir tezyiq göstermeyibler".
 

Kollegiya iclasında hemçinin bildirilib ki, hemişe olduğu kimi, cari ilde de qaçqınların ve mecburi köçkünlerin problemlerinin helli dövlet başçısının en çox diqqet yetirdiyi prioritet sahelerden biri olmaqla Dövlet Proqramına ve ona edilmiş elavelere uyğun olaraq heyata keçirilir. E. Hesenov deyib ki, ölke prezidentinin serencamı ile tesdiq olunmuş müvafiq Dövlet Proqramlarına ve onlara edilmiş elavelere uyğun olaraq indiyedek qaçqın ve mecburi köçkünlerin sosial-meişet şeraitlerini yaxşılaşdırmaq meqsedile müxtelif erazilerde bütün sosial-texniki infrastruktura malik 94 müasir tipli qesebe salınmış ve bu qesebelere 243 min mecburi köçkün köçürülmüşdür. Hazırda bu işler davam etdirilir.
 


Oxunub 85 defe