Xəbərlər ::

İDMAN :: “Dünyada yalnız bir atıcılıq merkezi Qebele ile müqayise oluna biler” - AÇIQLAMA

10-08-2015 14:36

“Dünya Kubokunda uğurlu çıxış üçün gelmişik. Bele şeraitde bize yalnız netice qazanmaq qalır. Çünki yüksek seviyyede teşkil olunan bele bir turnirde nedense narazılıq etmek mümkün deyil”.

 

APA-nın melumatına göre, bunu Apasport.az saytına tapançadan ateş açmaq üzre Bolqarıstan millisinin baş meşqçisi Xristo Marinov deyib.

 

Hazırda Qebelede keçirilen Dünya Kuboku ile bağlı fikirlerini bildiren X. Marinov atıcılıq merkezine hesed apardığını söyleyib: “Bolqarıstanda bele idman qurğusu qalmayıb. Evveller olan atıcılıq merkezleri de artıq demek olar ki, sıradan çıxıb ve müasir teleblere cavab vermir. Bir il evvel de burada Dünya Kubokunda iştirak etmişdim. Qebeledeki atıcılıq merkezini dünyanın en yaxşı qurğularından hesab edirem. Dünyada yalnız bir atıcılıq merkezi Qebele ile müqayise oluna biler. Bu da Münhendeki kompleksdir. Mübarize apardığımız merkezde istenilen seviyyeli turnir keçirile biler. Helelik yalnız dünya çempionatının teşkili sual doğura biler ki, kiçik texniki meseleler hell olunsa, bu da mümkün olacaq. Yeniden ölkenizde olub, komandamla turnirlere qatılmaq isteyerdim”.

 


Oxunub 332 defe