Xəbərlər ::

SİYASƏT :: Prezident Belarusun Azerbaycandakı sefirini qebul edib

10-08-2015 15:25

Prezident İlham Eliyev Belarus Respublikasının ölkemizdeki fövqelade ve selahiyyetli sefiri Nikolay Patskeviçi diplomatik fealiyyetinin başa çatması ile elaqedar qebul edib.

Payiz.Az-ın AzerTac-a istinaden melumatına göre, sefir Nikolay Patskeviç ilk növbede birinci Avropa Oyunlarının Azerbaycanda yüksek seviyyede teşkili ve idmançılarımızın elde etdiyi böyük uğurlar münasibetile dövletimizin başçısına tebriklerini çatdırıb. O, birinci Avropa Oyunlarına hazırlıq ve Oyunların keçirilmesi işlerinde Azerbaycan xalqının vahid bir komanda kimi çıxış etmesini xüsusile vurğulayaraq deyib ki, Azerbaycan bu tedbirin bele seviyyede keçirilmesi ile bir daha özünü bütün dünyaya müasir, müsteqil ve inkişaf eden bir ölke kimi nümayiş etdirdi.

Birinci Avropa Oyunları ile bağlı deyilen xoş sözlere göre minnetdarlığını ifade eden Prezident İlham Eliyev heqiqeten de bu Oyunların teşkili ve keçirilmesinde xalqımızın birlik nümayiş etdirdiyini deyerek iki milyondan artıq insanın meşelin getirilmesi merasimlerinde iştirak etmesini bunun yaxşı göstericisi kimi deyerlendirib. Bundan başqa ölke başçısı birinci Avropa Oyunlarının ölkemizde keçirilmesini müsteqillik dövründe hem miqyas, hem de milli ruhun yüksek olması baxımından en böyük hadiselerden biri kimi qiymetlendirib.

Sefir Nikolay Patskeviç Belarus-Azerbaycan münasibetlerine toxunaraq bu münasibetlerin inkişaf etdirilmesi ve möhkemlendirilmesi işine verdiyi desteye göre prezident İlham Eliyeve minnetdarlığını bildirib. Elaqelerimizin müxtelif sahelerde uğurla inkişaf etdiyini vurğulayan sefir ölkelerimizin beynelxalq seviyyede de sıx emekdaşlıq etdiyini bildirdi ve Belarus ile Azerbaycan arasında mövcud olan qarşılıqlı hörmet ve semimi münasibetlerin xalqlarımız arasında elaqelerin daha da möhkemlendirilmesi işine xidmet etdiyini vurğulayıb.

Prezident İlham Eliyev Nikolay Patskeviçin sefirlik fealiyyeti dövründe ikiterefli münasibetlerin inkişaf etdirilmesi işine verdiyi töhfeni yüksek qiymetlendirib, eyni zamanda elaqelerimizin daha da genişlendirilmesi ile bağlı dövlet başçıları terefinden müeyyen edilmiş vezifelerin uğurla heyata keçirilmesinden memnunluğunu bildirdi. İkiterefli münasibetlerimizin bundan sonra da uğurla inkişaf etdirileceyine eminliyi ifade eden Prezident İlham Eliyev Nikolay Patskeviçe gelecek fealiyyetinde uğurlar arzuladı.

 

 


Oxunub 425 defe