Xəbərlər ::

SOSİAL :: “Ölüm vadisi”nden sağ çıxan qazaxlı: eşitdi ki, arvadı ere gedib... – FİLM KİMİ HEKAYET

25-07-2016 15:54

1995-ci il. Moskva. Kreml. Prezident Yeltsin müxtelif sahelerde ferqlenmiş şexslere dövlet mükafatını teqdim edir; medallar, ordenler, fexri fermanlar. Ve bu vaxt növbeti teltif barede anons verilir: “Rusiya Federasiyasının qehremanı adıyla, Rusiya Federasiyası qarşısında xidmetlerine göre, Davud Hüseyn oğlu Paşayev teltif edilir”.

 

Zala toplaşanların çoxu belke de bu adı ilk defe idi eşidirdiler. Ona göre de sehneye kimin çıxacağını sebirsizlikle gözleyirdiler… Deyesen, ele Yeltsin de onu ilk defeydi görürdü…


 

***

 

 

Paşayevler eslen Qazaxdandırlar, daha deqiqi, Daş Salahlı kendinden. Deyilene göre, Vekilovlarla da yaxın qohumdurlar. Amma bu neslin en tanınmış şexsi, Stalinin sevimlisi Semed Vurğun bele ona kömek ede bilmemişdi… Ona deyende ki, keçmiş Müsavat zabiti Hüseyn bey Paşayeve.

 

Kim idi Hüseyn bey Paşayev? Bu ad size nese deyirmi? Çoxunuza yox, yeqin ki. Amma film kimi bir heyat yaşayıb Hüseyn bey. 1897-ci il iyunun 1-de Qazaxda ziyalı ailesinde anadan olub. Atası onu Qoriye gönderib oxumağa. İki ilden sonra Qorideki Zaqafqaziya Müellimler seminariyasının Azerbaycan şöbesini bitirib. Qayıdıb ele Qazaxdaca ders deyib. 21 yaşında Müsavat ordusuna yazılıb. Qısa zamanda artilleriyanın sirlerini öyrenib. Onu kiçik komandir teyin edirler. 1920-ci ilin evvellerinde o, zabit kurslarına yazılır. Kursu uğurla bitirir. Aprelin 24-de Qubaya teyinat alır. Dörd günden sonra ise Müsavat hökumeti devrilir. O, Qubadan Qazaxa qayıdır. Bir müddet Daş Salahlıda yaşayır. Amma az sonra onun dalınca gelirler. Müsavat ordusunun keçmiş zabitine yeni Qızıl Orduda xidmet etmek teklif olunur. Razılaşmasaydı, eks-inqilabçı kimi güllelene bilerdi. Hüseyn bey Qırmızı Orduda xidmete başlayır.

 

 

Amma günlerin bir günü yene onun dalınca gelirler. Yenice evlenmişdi Hüseyn bey. İlk övladını gözleyirdi. Bu defe gelenler ise meşin gödekçeliler, çekistler idiler. Ele evindece qolları qandallanır. Onu gizli Müsavat firqesinin üzvü olmaqda ittiham edirler. Amma sen deme, bütün bunlar bir çuğulun işleri imiş. Ele öz kendlerindece yaşayan M. adlı birinin onun genc arvadına gözü düşübmüş. Hüseyn beyi aradan götürmek üçün onu yalandan şerlemek qerarına gelibmiş.

 

Acınacaqlı olsa da, isteyine nail olur hemin adam. Hüseyn bey Sibire, geder-gelmeze gönderilir. Ve gedir, bir de geri düz 40 ilden sonra gelir.

 

Hüseyn beyi o dövrün en qeddar ve amansız hebs düşergelerinden olan Solovkiye göndermişdiler. Şimalda, Ağ deniz sahillerinde yerleşen bu hebs düşergesinin mövcud olduğu tarix erzinde birce mehbus bele oradan qaça bilmemişdi. Sert qaydalarla idare olunan hebs düşergesine adeten sovet hakimiyyetinin düşmenlerini sürgün edirdiler. Hüseyn beyi bura 1927-ci ilin aprelinde getiriler. Ömrü boyu isti iqlim şeraitinde yaşamış birisi üçün bu düşerge az qala ölüm vadisine çevrilmişdi. Bir neçe defe ağır xestelenir. Amma dözür, ayaqda qalır. Birce nigarançılığı Qazaxda qoyub geldiyi heyat yoldaşından olur. Ve bir gün dehşetli bir xeber alır. Necese, haradansa xeber tutur ki, heyat yoldaşı Hüseyn bey tutulandan bir ay sonra ere gedib. Özü de onu satan çuğula.

Amma yıxılmır Hüseyn bey. Buna da dözür. Başını iş-gücle qatmağa başlayır. Bir gün hebsxananın reisine raport yazır. Ona bildirir ki, eger icaze verilirse, yayda hebsxananın heyetinde kiçik bir dirrik düzeltsin. Terevez eksin, göyerti yetişdirsin. Reis Aleksandr Noqtev teklifi beyenir. Hetta ona söz verir ki, bacarsa, qışda bele ona istixana yaradılmasına kömek edecek. Teki terevez, göyerti yetişdirsin. Hüseyn bey hevesle işe başlayır. Bütün günü torpaqla elleşir, reis haradansa ona terevez toxumları da tapıb getirir…


 

***

 

 

…Hemin gün hebsxanaya xeber yayılır ki, yaxın zamanda Solovkiye şexsen Kalinin özü gelecek. Mixail Kalinin faktiki ölkenin ikinci adamı sayılırdı. O dövrde hetta Stalin bele onunla hesablaşmaq mecburiyyetindeydi. Kalininin gelişiyle bağlı hebsxanada ciddi temizlik işleri başlayır. Hüseyn Paşayevi yanına çağıran yeni reis Eyxmans dirriyi yox elemeyi tapşırır. Amma Hüseyn bey onu inandırır ki, eksine, görülen bu iş Mixail İvanoviçin çox xoşuna gelecek.

 

Kalinin hebsxanaya gece gelir. Onun üçün xüsusi ayrılmış otaqda geceleyir. Seheri Solovkideki veziyyetle tanış olmağa başlayır...


 

***
 

...- Paşayev, yoldaş Kalinin çağırır. Celd, qaça-qaça.


 

Reisin kabinetinde qebul edir onu Kalinin.


 

- Bunları sen yaratmısan?


 

- Beli, yoldaş Kalinin.


 

- Bes niye sahesi azdır?


 

- Günahkaram, yoldaş Kalinin.


 

Saqqalına tumar çeke-çeke pencerenin qarşısan gelir Mixail İvanoviç. Bir az fikre gedir.


 

- Yoldaş Eyxmans, men bu dustağı özümle aparası oldum.


 

Reis çaş-baş qalır. Nece yeni aparacam? Hara? Niye? Ne üçün?

Kalinin reisin heyecanını başa düşür.


 

- Sen narahat olma. Sened işlerini özüm hell edecem.


 

Kalinin Moskvaya qayıdır. Paşayevi de özüyle aparır. Yolboyu ise ona heç ne demir.


 

Bir de Kremlde, kabinetinde dillenir:

 

 

- Ölkenin kend teserrüfatı mehsullarına böyük ehtiyacı var. O soyuqda sen ele bir teserrüfat yaratmısansa, bacaracaqsan. Qulaq as, sen böyük bir eraziye tehkim edilirsen. Orada sovxoz yaradılmalıdır. Bu sovxozu yaradıb, ona rehberlik edeceksen. Moskvanın telebatını ödemek üçün.

 

 

Hüseyn bey çaşıb qalmışdı. Ne deyeceyini bele bilmirdi...


 

***

 

Düz on il, “Moskva” sovxozu paytaxt Moskva üçün terevez yetişdirdi, durmadan paytaxta terevez tedarük etdi. Kalinin bir neçe defe Hüseyn Paşayevi dövlet mükafatına teqdim etmek istedi. Amma  ne dövr hemin dövr idi, ne de Kalinin. İndi Stalinin qılıncının qını da kesirdi. Xalq düşmenine göre, Stalinin qezebine geleceyinden qorxub, bu addımı atmır Kalinin. Son meqamlarda fikrinden daşınır.

 

 

Amma Hüseyn beye dövletin en ali mükafatlarından birini verecekdiler: O, “Lenin” ordenine layiq görülecekdi. Onun oğlu ise bir qeder de ireli gedecekdi, Rusiya Federasiyasının Qehremanı adını alacaqdı. Bütün bunlara ise hele vardı...

 

 

(Davamı sabah olacaq)