News ::

DÜNYA :: Aerodrom uğrunda döyüşde 200 İŞİD-çi öldürüldü

10-08-2015 23:29

Suriya ordusu Heleb şeheri yaxınlığındakı “Kuveyris” herbi-hava bazasına hücuma keçen İŞİD terror qruplaşmasının  200-den çox silahlısını mehv edib.  APA-nın “RİA Novosti”ye istinaden verdiyi xebere göre, bu barede “Sputnik” agentliyi melumat yayıb.  

 

“Aerodromun müdafieçileri hücumu def ederek ön müdafie xettini möhkemlendirmeye müveffeq olublar. Biz düşmenin 5 tankını vurduq. Hücum edenlerin bir qismi esir götürüldü, ekseriyyeti xarici muzdlu olan 200-den çox silahlı öldürüldü”, deye menbe bildirib.

 

Menbenin sözlerine göre, mühasirede olan “Kuveyris” herbi-hava bazası ilk defedir ki bu cür güclü hücuma meruz qalıb.  Terrorçular gece vaxtı hücuma keçib. Qızğın döyüş zamanı bir general ve iki yüksek rütbeli zabit daxil olmaqla 100-dek suriyalı herbçi helak olub.   


Views 293 times