Xəbərlər ::

HADİSƏ :: ŞOK: “Ergenekon” işinin meşhur prokuroru Türkiyeden qaçdı

11-08-2015 10:43

 

Türkiyede ordu mensublarının qondarma ittihamlarla hebs edildiyi “Ergenekon” adlı cinayet işinin prokuroru Zekeriya Öz ölkeden qaçıb.

 

Payiz.Az-ın Türkiye metbuatına istinaden xeberine göre, bir zamanlar xüsusi selahiyyetlere sahib olan ve Gülen camaatının üzvü olduğu iddia edilen prokuror haqqında görüldüyü yerde hebs edilmesi barede qerarf çıaxarılıb. Zekeriye Özün Gürcüstana qaçdığı melum  olub.

 

 

Türkiye Hakimler ve Prokurorlar Ali Qurumu terefinden prokurorluqdan kenarlaşdırılan Özle beraber sistemden atılan diger iki prokuror – Celal Kara ve Mehmet Yüzgeç haqda da hebs qerarı çıxarılıb.

 

İşin en maraqlı terefi odur ki, bir zamanlar ordu generallarının dövlet çevrilişinde ittiham ederek onlara ömürlük hebs cezası verilmesine nail olan Zekeriya Öz bu defe özü dövlet çevrilişinde ittiham olunur.

 

O da bildirilir ki, artıq mesele ile bağlı Gürcüstan polisine xeber verilib. 

 

Qeyd edek ki, "Ergenekon" işi çerçivesinde aralarında Azerbaycan esilli general Veli Kiçik ve Türkiye ordusunun sabiq baş qerargah reisi İlker Başbuğ da olmaqla, onlarla general terror teşkilatı qurmaq ve idare etmek, hemçinin, mövcud hökumeti devirmek ittihamı ile hebs edilmişdi. Daha sonra ise AKP hökumeti ile Gülen camaatının münasibetleri keskinleşdikden sonra bu ittihamların qondarma olduğu Türkiye Konstitusiya Mehkemesi terefinden tesdiqlenmiş ve hebsdeki bütün herbçiler azad edilmişdi. 


Oxunub 198 defe