Xəbərlər ::

SOSİAL :: BDU-nun telebeleri ABŞ-da qalib olublar

11-08-2015 14:16

ABŞ-ın Redmond şeherinde keçirilen “Microsoft Imagine Cup 2015” müsabiqesinin “İnnovasiyalar” kateqoriyasında Bakı Dövlet Universitetinin ve Xezer Universitetinin telebeleri - Nizami İsmayılov, Arif Mövsümzade, Fidan ve Ülviyye Rüstemovaların temsil olunduğu  “NoObs” komandası iştirak ederek ikinci yeri qazanıb. Payiz.Az-ın melumatına göre, “Microsoft Imagine Cup 2015” müsabiqesinde ilk defe iştirak eden komanda “Bluetooth-tenzimçiler” desti, qameti eymeden oturmaq ve durmaq verdişi yaradan “Windows Phone” platformalı smartfonlar üçün proqram teminatı olan “Spinal” layihesini teqdim edib. Birinci, ikinci ve üçüncü yerleri tutmuş mükafatçılar layihenin sonrakı inkişafına “Microsoft” şirketinden 50, 10 ve 5 min dollar mebleğinde qrant elde edibler.

Xatırladaq ki, “NoObs” komandası “Microsoft Azerbaijan” şirketi ile birge Tehsil Nazirliyi, Rabite ve Yüksek Texnologiyalar Nazirliyi nezdinde Yüksek Texnologiyalar parkı ve “Nar mobile” şebeke operatoru terefinden keçirilmiş “Imagine Cup” lokal seçim turunun qalibleri olub. 


Oxunub 419 defe