Xəbərlər ::

HADİSƏ :: Ağcabedi ve Terterde top mermileri tapılıb

06-08-2016 17:32

 

 

ANAMA avqustun 6-da Agentlik terefinden Ağcabedi ve Terter rayonlarında aşkar olunmuş, Partlamamış Herbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.

 

ANAMA-nın metbuat xidmetinden Lent.az-a verilen melumata göre, hesabatda qeyd edilib ki, Ağcabedi rayonunun Yuxarı Qiyameddinli kendinde – 1 ekin sahesinde 1 partlayış yerine baxış keçirilib, partlamış top mermisinin qalıqları aşkar edilerek götürülüb. Hemin erazide qazıntı işlerinin aparılması zeruriyyeti yarandığına göre temizleme emeliyyatı avqustun 8-de davam etdirilecek.

 

Terter rayonunun Şıxarx kendinde ise – 2 otlaq sahesinde 5 partlayış yerine baxış keçirilib, 1 eded partlamamış herbi sursat (152 mm-lik top mermisi, OF-540) aşkar edilerek götürülüb, netice etibarile 1 000 kv.m erazi yoxlanılıb.  Bu erazide de qazıntı işlerinin aparılması zeruriyyeti yarandığına göre temizleme emeliyyatı avqustun 8de davam etdirilecek.

 

Ümumilikde Agentlik terefinden 7 Aprel – 6 avqust tarixlerinde Zerdab, Terter, Ağcabedi, Ağdam, Berde, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şemkir, Celilabad, Ucar, Astara rayonlarında, Mingeçevir, Sumqayıt, Gence, Şirvan ve Bakı şeherlerinde 642 ev ve heyetyanı sahe, 2 herbi hisse, 2 kend qebiristanlığı, 5 kend orta mektebi, 1 tibb menteqesi, 1 metal anbarı, 30 ferma, ekin saheleri, 1 çaxır zavodu ve 1 çınqıl karxanası erazisine baxış keçirilmiş, 3 470 eded partlamamış herbi sursat, 15 eded piyada eleyhine mina (PMN), 3 eded piyada eleyhine mina (POMZ-2), 1 eded piyada eleyhine mina (OZM-72) ve 24 eded tank eleyhine mina aşkar olunaraq zerersizleşdirilib.