Xəbərlər ::

HADİSƏ :: Türkiyeli idmançı: "İnsan burda rahatlıq tapır" - MÜSAHİBE

11-08-2015 16:38

Türkiye atıcılıq yığmasının üzvü Yusuf Dikecin apasport.az saytına müsahibesi

 

- 50 metr mesafeden tapança ile ateş açmada 6-cı yeri tutdunuz. Çıxışınızdan memnunsuznu?

- Xeyr, neticemden razı qalmadım. Medal qazana bilerdim. Bura ilk iki yerden birini tutmaq üçün gelmişdim.

 

- Bes size ne mane oldu?

- Teessüf ki, heyecanlandım ve istediyim atışı gerçekleşdire bilmedim. Eslinde yarışa yaxşı qoşulmuşdum. Finala adlayacağıma emin idim. Ancaq finalda heyecan neticemin azalmasına sebeb oldu. Menim hedefim Rio-de-Janeyrodakı Yay Olimpiya Oyunlarında iştirak etmekdi. Burda alınmadı, bundan sonrakı yarışlarda bunu qazanmağa çalışacam.

 

- Sehv etmiremse, bu, Qebeleye ikinci seferinizdi. Ne kimi irelileyiş gördünüz?

- Öten il Dünya Kubokunun finalı Qebelede keçirilmişdi ve men de gelmişdim. Hemçinin Avropa Oyunları üçün de Bakıya gelmişdim. Çox gözel, dünya standartlarına uyğun poliqon qurulub. Rayon da çox gözeldi, ilden-ile de gözelleşir.

 

- Qebele Atıcılıq Merkezi xoşunuza geldi?

- Elbette. Türkiyede de bu cür kompleks var. Orda bu yaxınlarda Akdeniz Oyunları keçirildi. Mersinde de eyni Bakıdakı kimi poliqon var. Dünya Kubokunun teşkilatçılığını da xüsusi vurğulamaq isteyirem.

 

- Yeqin ki, burda özünüzü yad hiss etmezsiniz...

- Beli, biz Azerbaycana gelende özümüzü evimizdeki kimi hiss edirik. Başqa ölkeden geldiyimizi heç hiss etmirik. Azerbaycan xalqı bize böyük sevgi, hörmet besleyir, bunu da her defe gösterir. Bu da bizi xoşbext edir.

 

- Qebeleni gezmek imkanınız olub?

- Beli, bir neçe yeri gezmişik. Buranın şelalesine getmişik. Möhteşemdi. İnsan burda rahatlıq tapır.

 


Oxunub 311 defe