Xəbərlər ::

HADİSƏ :: Jurnalist Rasim Eliyevin ölümüne göre 6 nefer hebs edildi - RESMİ

11-08-2015 17:23

 

 

Daxili İşler Nazirliyi ve Baş Prokurorluq jurnalist Rasim Eliyevin döyülerek öldürülmesi ile bağlı birge melumat yayıb.

 

Payiz.Az-a daxil olan melumatda bildirilir ki, avqustun 8-de Bakı şeher sakini Eliyev Rasim Memmedeli oğlu paytaxtın Bayıl qesebesi erazisinde bir qrup namelum şexs terefinden döyülerek çoxsaylı beden xesaretleri ile Kliniki Tibbi Merkeze yerleşdirilmiş ve avqustun 9-da orada vefat edib.

 

Birge melumatda daha sonra bildirilir: “Fakt üzre Bakı şeher Prokurorluğunda Cinayet Mecellesinin 126.3-cü (qesden sağlamlığa ağır zerer vurma, zererçekmiş şexsin ölümüne sebeb olduqda) maddesi ile cinayet işi başlanılaraq prokurorluq ve polis emekdaşlarından ibaret istintaq-emeliyyat qrupu yaradılıb.

 

Dövlet başçısının xüsusi nezaretinde olan ve böyük ictimai rezonans doğurmuş bu ağır cinayetin qısa müddetde açılması temin edilib, onu töretmekde şübheli bilinen şexsler müeyyenleşdirilerek istintaqa celb olunub.

 

İlkin araşdırmalarla müeyyen edilib ki, 1988-ci ilde Cebrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da «Qebele» futbol klubunun heyetinde Kipr Respublikasının «Apollon» futbol klubu ile Bakı şeherinde keçirilen oyunda iştirakından sonra jurnalistlerin suallarını cavablandırarken yol verdiyi hereketlere göre şexsi “Facebook” sehifesinde tenqidi fikirler yazmış Ann.tv-nin videoreportyoru Rasim Eliyeve zeng ederek ondan tekzib vermeyi teleb edib.

 

Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü ilde Bakı şeherinde anadan olmuş Elşen İsmayılov da R.Eliyeve zeng ederek tekzib vermesini teleb edib ve bu zeminde aralarında mübahise yaranıb. Neticede Elşen İsmayılov R.Eliyevden qisas almaq meqsedile, özüne yaxın olan Camal Memmedov,  Arif Eliyev,  Kenan Medetov ve  Samir Mustafayevden ibaret qrup yaradaraq avqustun 8-de saat 16 radelerinde Bayıl qesebesinde «Bayıl market» mağazasının qarşısında onunla görüşüb. Onlar R.Eliyeve el ve ayaq zerbeleri ile daxili orqanlarının zedelenmesine sebeb olan çoxsaylı ağır dereceli beden xesaretleri yetirib ve hadise yerinden qaçıblar. R.Eliyevin tecili-tibbi yardım vasitesile Bakı Kliniki Tibbi Merkeze çatdırılmasına ve üzerinde müalice ve emeliyyat aparılmasına baxmayaraq, heyatını xilas etmek mümkün olmayıb ve avqustun 9-da saat 05 radelerinde orada vefat edib.

 

İstintaq zamanı R.Eliyeve mexsus İPHONE-5 markalı mobil telefonun cinayetin iştirakçısı Arif Eliyev terefinden sındırılıb yaşadığı Bakıxanov qesebesinde yerleşen «Arzu» şadlıq sarayının yaxınlığındakı zibilliye atılması müeyyen olunub ve maddi sübut kimi götürülerek cinayet işine elave edilib.

 

Diger maddi sübutların da tapılması istiqametinde tedbirler görülür.  

 

E.İsmayılov, S.Mustafayev, C.Memmedov, K.Medetov ve A.Eliyev Cinayet Mecellesinin 126.3-cü maddesinde nezerde tutulan emeli töretmekde teqsirli bilinib ve barelerinde mehkeme terefinden hebs qetimkan tedbiri seçilib.

 

İstintaqın hazırkı merhelesinde Cavid Hüseynovun, bibisi oğlu E.İsmayılovun teşkilatçılığı ile ağır cinayetin hazırlanmasını bilerek bu barede xeber vermemesi, cinayetin töredilmesinden sonra ise qabaqcadan ved etmeden onun gizledilmesine yönelen hereketlere yol vermesinde esaslı şübheler olduğundan ona Cinayet Mecellesinin 307.1 (ağır cinayetin hazırlanmasını ve ya töredilmesini bilerek hemin cinayet baresinde xeber vermeme) ve 307.2-ci (qabaqcadan ved etmeden ağır cinayeti gizletme) maddelerinde nezerde tutulan ittiham elan olunub ve baresinde mehkemenin qerarı ile hebs qetimkan tedbiri seçilib.

 

Cinayetin C.Hüseynovun tehriki ile töredilmesi ferziyyesi de istintaq-emeliyyat qrupu terefinden araşdırılır.

 

İstintaqın gedişi ve heyata keçirilen tedbirler Azerbaycan Respublikasının Prezidentine mütemadi meruze olunur”.

 


Oxunub 1898 defe