Xəbərlər ::

HADİSƏ :: Xedice İsmayılın mehkemesinde şahidler ifade verib

11-08-2015 19:27

Bakı Ağır Cinayetler Mehkemesinde Xedice İsmayılovanın cinayet işi üzre mehkeme prosesi davam etdirilib.

APA-nın melumatına göre, hakim Ramella Allahverdiyevanın sedrlik etdiyi prosesin günün birinci yarısına teyin edilse de, teqsirlendirilen Xedice İsmayılın vekilleri prosesde iştirak etmeyib.

X. İsmayılova onların üzrlü sebebden prosese qatılmadıqlarını bildirse de, hakim bu barede mehkemeye her hansı müraciet edilmediyini deyib.

Vekillerin sebeb gösterilmeden prosese qatılmadıqları elan olunub ve bununla bağlı Vekiller Kollegiyasına müraciet olunması qerara alınıb

Günün ikinci yarısında davam eden prosesde   Xedice İsmayılova Bakı şeher Prokurorluğu terefinden onunla bağlı Milli Tehlükesizlik Nazirliyine (MTN) ünvanlanan mektubun suretinin ona verilmesi ile bağlı vesatet qaldırıb.

X. İsmayılova eyni zamanda ona cinayet işi materialları ile tanışlıq üçün vaxt mehdudiyyeti qoyulduğunu, senedlerin hamısının ona verilmediyini deyib.

Daha sonra hakimler müşavireye gedibler. Müşavireden sonra vesatetin temin olunmadığı açıqlanıb. Hakim bildirib ki, X. İsmayılovaya her hansı vaxt mehdudiyyeti qoyulmayıb, bütün senedlerle tanış olmaq imkanı yaradılıb.

Proses şahidlerin ifadesi ile davam etdirilib.

Cinayet işinde zererçeken kimi tanınan Tural Mustafayevin keçmiş qayınanası Ferqane Resulova ifade verib. F. Resulova deyib ki, keçmiş kürekeni ile qızı arasında problem olmayıb, Tural Bakıya gelenden sonra deyişib ve qızını ondan boşanmağa mecbur edib: “Biz bilirdik onun heyatında Rövşane adlı qadın var”.

Onun ibtidai istintaqa verdiyi ifade ile indi verdiyi ifade arasında ziddiyyet olduğu bildirilib ve ilkin ifadesi açıqlanıb.

Hemin ifadede F. Resulova Turalın heyatında Xedice İsmayılova adlı qadının olduğunu açıqlayıb. Prokuror ona ibtidai istintaqa ifadesinde “Tural “Azadlıq” radiosunda işlemeye başlayandan sonra ailesine qarşı münasibeti deyişib” dediyini xatırladıb.

F. Resulova hemin ifadeni tesdiqlediyini deyib.

Daha sonra Tural Mustafayevin keçmiş nişanlısı Rövşane Rehimovanın anası Zemfira Eliyeva ifadesinde Tural Mustafayevin içkiye qurşandığını, qızını bir neçe defe ölümle hedelediyini deyib.  

“Azadlıq” radiosunun emekdaşı Esmira Cavadova ifadesinde radioda müqavile esasında çalışdığını, bununla bağlı radionun Azerbaycan xidmetinin rehberi Kenan Eliyevle müqavile bağladığını bildirib. Prokuror ise ona ibtidai istintaqa ifadesinde bu müqavileni  X. İsmayılova ile bağladığını dediyini xatırladıb.

Jurnalist Fereh Eliyeva da ifadesinde “Azadlıq” radiosunda jurnalist-prodüser kimi çalışdığını, bunun üçün “İnternyus” teşkilatı ile müqavile bağladığını deyib.

Daha sonra prosesde Tural Mustafayevin dostu, “Meydan” TV-nin emekdaşı Cavid Abdullayev ifade verib.

C. Abdullayev X. İsmayılovanın vekili Cavad Cavadlının suallarına cavab olaraq deyib ki, çox güman ki, Tural nişanlısı Rövşane ile dalaşdıqları üçün intihara cehd edib.

Bundan sonra ibtidai istintaqa verdiyi ifade elan olunub ve indiki ifade ile ziddiyyet teşkil etdiyi açıqlanıb. Bildirilib ki, C. Abdullayev  ibtidai istintaqda Turalın ona Xediceye göre intihara cehd etdiyini, ona göre içkiye qurşandığını dediyini açıqlayıb: “Mene deyirdi ki, Xedice onu hörmetden salmaq üçün adamlar arasında şayieler yayıb”.

C. Abdullayev suallara cavab olaraq ibtidai istintaqda tezyiqe meruz qalmadığını da deyib ve eyni zamanda ibtidai istintaqa verdiyi ifadeni tesdiq etmediyini bildirib.

Mehkeme prosesi sabah davam etdirelecek.

Qeyd edek ki, Baş Prokurorluğun yaydığı melumata göre, “AzadlıqRadiosu” ve “Meydan" TV teleradio şirketinde müxbir vezifesinde işlemiş Tural Mustafayevin özünü öldürmeye cehd etmesi faktına göre Sebail Rayon Prokurorluğunda Cinayet Mecellesinin 125-ci (özünü öldürme heddine çatdırma) maddesi ile cinayet işi başlanıb.

 

T. Mustafayev Baş Prokurorluğa müraciet ederek, “AzadlıqRadiosu”nun Bakı ofisinde jurnalist işleyen ve onunla uzun müddet yaxın münasibetlerde olmuş İsmayılova Xedice Rövşen qızı terefinden ona qarşı tezyiq ve teqibler edilmesi, mütemadi olaraq şeref ve leyaqetinin alçaldıldığına göre özünü öldürme heddine çatdırılması ile elaqedar baresinde müvafiq tedbirlerin görülmesini isteyib.

 

Sebail Rayon Mehkemesinin 5 dekabr tarixli qerarı ile X. İsmayılova baresinde 2 ay müddetine hebs qetimkan tedbiri seçilib. Hemin müddet bir neçe defe uzadılıb.

Daha sonra Xedice İsmayılovaya qarşı yeni ittihamlar ireli sürülüb. O, Cinayet Mecellesinin 179.3.2-ci (menimseme ve israf etme- külli miqdarda töredildikde), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödemekden yayınma) ve 308.2-ci (vezife selahiyyetlerinden sui-istifade) maddeleri üzre de teqsirlendirilir.

 


Oxunub 247 defe