Xəbərlər ::

HADİSƏ :: Bıçaqçılı arvadı ve baldızını bıçaqladı

11-08-2016 21:08

Zerdabda er arvadını ve baldızını bıçaqlayıb.

 

APA-nın yerli bürosunun xeberine göre, hadise bu gün gündüz saatlarında rayonun Bıçaqçı kendinde baş verib. Kend sakini Tehmez Şamilov aile münaqişesi zemininde heyat yoldaşı 51 yaşlı Maya Allahverdi qızı Şamilovaya ve onun bacısı 27 yaşlı Roza Allahverdi qızı Memişovaya bıçaqla xesaret yetirib. Her iki yaralı tecili olaraq Zerdab Merkezi Rayon Xestexanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım gösterildikden sonra onlar Ucar Merkezi Rayon Xestexanasına yerleşdirilib.

 

Hadiseni töreden T. Şamilov könüllü olaraq Zerdab Rayon Polis Şöbesine gelerek hadiseni töretdiyini etiraf edib.

 

Faktla bağlı rayon polis şöbesinde araşdırma aparılır.  


Oxunub 263 defe