Xəbərlər ::

HADİSƏ :: Hebs edilen nidaçı genc baresinde şikayet verildi

16-08-2016 11:54

NİDA Vetendaş Herakatının üzvü Elgiz Qehraman baresinde seçilmiş hebs-qetimkan tedbirinden apellyasiya şikayeti verilib.

Lent.az-a bu barede vekil Nemet Kerimli melumat verib.

O bildirib ki, artıq şikayet Bakı Apellyasiya Mehkemesine teqdim edilib. İşe yaxın günlerde baxılacaq.

Qeyd edek ki, Elgiz Qehremana Cinayet Mecellesinin 234.4.3 (külli miqdarda narkotik maddenin qanunsuz dövriyyesi ) maddesi ile ittiham verilib. Nerimanov rayon Mehkemesinin qerarı ile Elgiz Qehreman baresinde 4 aylıq hebs qetimkan tedbiri seçilib. O, avqustun 12-de saxlanılıb. Verilen ittihama göre,  Onun üzerine baxış zamanı 3,315 qram heroin aşkarlanıb.

 

Avqustun 13-de ise E.Qehreman barede 4 ay müddetine hebs-qetimkan tedbiri seçilib. 


Oxunub 95 defe