Xəbərlər ::

HADİSƏ :: Sefir: “Qırğızıstan Dağlıq Qarabağ münaqişesinin hellini destekleyir”

12-08-2015 15:02

Qırğızıstanın Azerbaycandakı fövqelade ve selahiyyetli sefiri Aycigit Buranovun APA-ya müsahibesi

 

 

- Azerbaycanla Qırğızıstan arasında münasibetlerin hazırki durumunu nece qiymetlendirirsiniz?

 

- İlk növbede men Qırğızıstan prezidenti Almazbek Atambayevle Azerbaycan prezidenti İlham Eliyev arasında Qırğızıstan prezidentinin 2012-ci il 29-31 mart tarixlerinde Azerbaycana seferi zamanı bir daha tesbit olunmuş münasibetlerin yüksek seviyyede olduğunu qeyd etmek isterdim. Qırğızıstan-Azerbaycan münasibetleri qardaşlıq münasibetleri kimi xarakterize olunur ve bu münasibetler 1997-ci il 23 aprel tarixinde Bakıda imzalanmış Dostluq ve Emekdaşlıq Müqavilesine esaslanıb.  Qırğızıstanla Azerbaycan arasında diplomatik münasibetler 19 yanvar 1993-cü il tarixinde qurulub. Bişkekde Azerbaycan sefirliyinin resmi açılışı ise 28 dekabr 2007-ci il tarixde baş tutub. Qırğızıstan prezidenti A. Atambayevin 2012-ci il Bakı seferi zamanı elde olunan razılaşmaya uyğun olaraq Qırğızıstanın Azerbaycanda diplomatik missiyası, bir qeder sonra ise sefirliyi tesis edilib.

 

İki türk ölkesi arasında derin tarixi, medeni ve dil köklerine malik etimad münasibetleri Qırğızıstan-Azerbaycan emekdaşlığının bütün sahelerinde öz eksini tapır. 2012-ci ilin avqustundan etibaren iki ölke arasında münasibetlerin gelecek inkişafı üçün aktiv işler görülüb. Qırğızıstanın dövlet, parlament, idare ve ictimai teşkilatlarından nümayende heyetleri Bakı, Qebele, Naxçıvana seferler edib. Öz növbesinde Azerbaycan hökumeti, Xarici İşler Nazirliyi, fövqelade hallar, müdafie, medeniyyet ve turizm, gencler ve idman, tehsil nazirliklerinin xetti ile yüksek seviyyeli resmi nümayende heyetleri Qırğızıstana sefer edib, müxtelif tedbirlerde iştirak edibler. 2014-cü ilin oktyabrında Azerbaycan rehberliyinin kömekliyi ile Bişkekle Bakı arasında birbaşa hava yolu açılıb. Müsteqillik illeri erzinde iki ölke arasında ikiterefli ve çoxterefli emekdaşlıq sahelerini ehate eden 52-den çox müqavile ve razılaşma elde olunub.

 

Qırğızıstanla Azerbaycan arasında iqtisadi münasibetler hansı seviyyededir?

 

- Qırğızıstan-Azerbaycan münasibetlerinin gelecek inkişafı ve derinleşmesinin esas istiqametlerinden biri kifayet qeder potensiala malik iqtisadi emekdaşlığın diversifikasiyasıdır. Qırğızıstan İqtisadiyyat Nazirliyinin melumatına esasen, iki ölke arasında xarici ticaret dövriyyesi 2013-cü ilin yanvar-oktyabr aylarında 12,9 milyon dollar teşkil edib. Azerbaycana ixrac 3,4 milyon, idxal ise 9,5 milyon dollar olub. Tehlil gösterir ki, 2014-cü ilde iki ölke arasında xarici ticaret dövriyyesi Qırğızıstan şekerinin, zeytun ve günebaxan yağının, bitki yağlarının hesabına 25,8 milyon dollaradek artıb. Azerbaycan terefinin hesabatına esasen ise iki ölke arasında ticaret dövriyyesi 2015-ci ilin ilk 4 ayı erzinde 18,5 milyon dollar olub.  Azerbaycana ixrac 4,4 milyon, Qırğızıstana ixrac 14,1 milyon dollar teşkil edib. İki ölke arasında ticaret-iqtisadiyyat, elmi-texniki, humanitar emekdaşlıq üzre hökumetlerarası komissiyanın iki iclası baş tutub. Qeyd etmek lazımdır ki, Qırğızıstan ve Azerbaycan arasında xarici ticaret dövriyyesinin hazırkı veziyyeti, investisiya ve iqtisadi elaqeler iki ölke arasındakı münasibetleri real imkanlarına cavab vermir.

 

- Qırğızıstan ve Azerbaycanı birleşdiren en böyük deyerlerden biri türk köklerinin olmasıdır. Türkdilli Ölkelerin Emekdaşlıq Şurası çerçivesinde elaqeler ne yerdedir? Yeni ölkelerin celb olunması ve layihelerin heyata keçirilmesi istiqametinde hansı işler görülür?

 

- Qeyd etmek lazımdır ki, Azerbaycan ve Qırğızıstanda her ikisi müsteqilliklerini elan etdikden sonra BMTMDB, İET ve diger beynelxalq teşkilatlar çerçivesinde aktiv emekdaşlıq edir. Son iller iki ölke arasında Türkdilli Ölkelerin Emekdaşlıq Şurası, qurumun Ağsaqqallar Şurası, TürkPA, Türksoy, Türk akademiyası ve türkdilli ölkelerin yeni medeni irs Fondu çerçivesinde semereli emekdaşlığın feallığı müşahide olunur. İki ölke prezidentinin türkdilli ölkelerin Qebelede, Bodrumda, Astanada keçirilen sammitleri zamanı görüşleri baş tutub ve bu görüşler türkdilli ölkelerin emekdaşlığının, o cümleden Qırğızıstan- Azerbaycan münasibetlerinin inkişafı üçün böyük ehemiyyete  malikdir.

 

Türkdilli Ölkelerin Emekdaşlıq Şurasının Ağsaqqallar Şurasının 9-cu iclası 6-7 avqust tarixlerinde Qebelede baş tutub. Görüşün yekunu olaraq bezi tövsiyeler qebul olunub. Bu tövsiyelere 11 sentyabr tarixinde Astanada Azerbaycan, Qırğızıstan, Qazaxıstan ve Türkiye dövlet başçılarının iştirakı ile Emekdaşlıq Şurasının sammitinde baxılacaq ve onlar tesdiqlenecek.

 

- Qırğızıstanın Dağlıq Qarabağın münaqişesi ile bağlı mövqeyi necedir?

 

- Qırğızıstan Azerbaycanın erazi bütövlüyünü  ve Dağlıq Qarabağ münaqişesinin siyasi yolla hellini destekleyir. Qırğızıstan diplomatik münasibet qurduğu her bir ölkenin erazi bütövlüyü, suverenliyi, müsteqilliyi prinsiplerine terefdardır. Azerbaycana destek meqsedile 1993-cü ilde Qırğızıstan BMTTehlükesizlik Şurasının 4 qetnamesinin lehine ses verib. Qırğızıstan Dağlıq Qarabağı Azerbaycanın ayrılmaz hissesi hesab ederek münaqişenin helline töhfe verib. 1994-cü ilin aprel ayında Qırğızıstan, Rusiya ve MDB Parlamentlerarası Assambleyasının teşebbüsü ile Azerbaycan ve Ermenistan parlament rehberlerinin görüşü keçirilib ve neticede terefler arasında ateşkesin elan olunması barede razılıq elde olunub. İmzalanmış sened sonra Bişkek protokolu adlandırılıb. 2004-cü il BMT Baş Assambleyasının iclası zamanı QırğızıstanDağlıq Qarabağ münaqişesinin hellinde Azerbaycanın mövqeyini destekleyib. Qırğızıstan BMT Baş Assambleyasının gündeliyine bu mesele ile bağlı yeni maddenin daxil edilmesine terefdar çıxıb. Madde baş Assambleyanın 29 oktyabrı 2004-cü tarixli iclasında teqdim olunub.

 

- Bu il yüksek seviyyeli seferlerin baş tutacağı gözlenilirmi?

 

- Hazırda Qırğızıstan terefi diplomatik yollarla Azerbaycan prezidenti İlham Eliyevin Bişkeke cavab seferinin hazırlığı ile bağlı meslehetleşmeler aparır. Eyni zamanda Qırğızıstan terefi Milli Meclis sedri Oqtay Esedov ve xarici işler naziriElmar Memmedyarovun Bişkeke cavab seferi etmeleri ile üçün devet gönderib. Hazırda Azerbaycan terefi bu meseleni nezerden keçirir. 


Oxunub 708 defe