Xəbərlər ::

SİYASƏT :: Keçmiş sefir Arif Memmedov axtarışa verildi

12-08-2015 15:13

 

 

Azerbaycanın Avropa Şurası yanında Daimi Nümayendeliyinin keçmiş rehberi Arif Memmedov axtarışa verilib.

 

Baş Prokurorluğun metbuat xidmetinden APA-ya verilen melumatda qeyd olunur ki, Hesablama Palatasının 2015-ci ilin iş planına müvafiq olaraq 2007-2012-ci illerde Azerbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayendeliyinin saxlanılmasına ayrılan büdce vesaitlerinin qanunsuz istifadesi, resmi senedlere yalan melumatların daxil edilmesi ve bir sıra ciddi maliyye pozuntularına yol verilmekle dövlete külli miqdarda zerer vurulması ehtimalı nezere alınaraq yoxlama materialları Azerbaycan Respublikasının Baş Prokurorluğuna gönderilmiş ve bu barede 15 iyul 2015-ci il tarixde ictimaiyyete melumat verilib.

 

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarize Baş İdaresi terefinden aparılmış araşdırmalarla hemin faktlar öz tesdiqini tapmış ve toplanmış materiallar üzre Cinayet Mecellesinin 179.3.2 (menimseme ve ya israf etme külli miqdarda töredildikde) ve 308.2-ci (vezife selahiyyetlerinden sui-istifade ağır neticelere sebeb olduqda) maddeleri ile cinayet işi başlanıb.

 

İlkin araşdırmalarla Arif Memmedovun Azerbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayendeliyinin rehberi vezifesinde işleyerken qulluq mövqeyinden ve vezife selahiyyetlerinden sui-istifade etmekle büdce vesaitlerini teyinatdan kenar istifade etme, dövlet emlakını külli miqdarda menimseme ve ya israf etme yolu ile talama, resmi senedlere bile-bile yalan melumat daxil etmekle vezife saxtakarlığı cinayetlerini töretmesi ve diger qanun pozuntularına yol vermesi halları aşkar edilib.

 

Bele ki, A.Memmedov şexsi istifade üçün avtomobil almaq meqsedi ile diplomatik nümayendeliklere avtomobillerin alınması üçün tetbiq edilen 27.5%-lik güzeştden qulluq selahiyyetlerinden sui-istifade ederek 11 fevral 2011-ci il tarixde daimi nümayendeliyin bank hesabına 43.0 min avro pul köçürmüş ve sonradan hemin vesaiti BMW  Strasburq şirketine ödemişdir. Elde etdiyi “BMW X5” markalı avtomobili resmi senedlerde saxtakarlıq ederek daimi nümayendelik üçün aldığını göstermekle vergi qanunvericiliyinin teleblerini kobud suretde pozaraq 8.0 min avro mebleğinde vesaiti vergiden qesden yayındırıb. Qısa müddetden sonra o, hemin avtomobili kenar şexse satıb.

 

A.Memmedov terefinden Fransanın vergi qanunvericiliyinin teleblerinin pozulması ile elaqedar hüquqi yardımın gösterilmesi üçün hemin dövletin selahiyyetli orqanlarına sorğu gönderilib.

 

A.Memmedov hemçinin, nümayendeliyin xezinedarı vezifesini qanunazidd olaraq öz üzerine götürmekle sosial-medeni ve diger tedbirlerin keçirilmesi üçün ayrılmış büdce vesaitlerinin xerclenmesi zamanı ciddi maliyye pozuntularına yol verib. Bele ki, 2010-cu ilde Stasburqda teşkil edilen “Novruz“ şenliyinin “Türksoy” Beynelxalq Türk Medeniyyet Teşkilatının maliyye vesaiti hesabına keçirildiyi halda, A.Memmedov hemin tedbirin guya nümayendelik terefinden keçirilmesi adı ile nümayendeliyin xezinesinden 11.600 avro mebleğinde maliyye vesaitini silmekle menimseyib. Tedbirin “Türksoy” teşkilatının maliyye vesaiti hesabına keçirildiyi barede hemin teşkilatın rehberi terefinden istintaqa müvafiq tesdiqedici senedler teqdim olunub.

 

İstintaqla hemçinin müeyyen edilib ki, A.Memmedov qulluq mövqeyinden ve vezife selahiyyetlerinden sui-istifade etmekle dövlet nümayende heyetlerinin resmi seferlerinin teşkilini maliyyeleşdirmek üçün saxta senedler tertib etmekle mövcud olmayan xercler üzre pul vesaitlerini menimsemişdir. Bele ki, 4 oktyabr 2007-ci il ve 19 sentyabr 2012-ci illerde Azerbaycan Respublikası Milli Meclisinin nümayende heyetinin Strasburqa seferi zamanı qebul, ziyafet ve diger meqsedler üçün ümumilikde 19.900 avro mebleğinde xercler Milli Meclisin İşler İdaresi terefinden müvafiq qaydada ödenildiyi halda, A.Memmedov hemin pul vesaitini teşkil edilmiş tedbirlerin guya daimi nümayendelik terefinden heyata keçirilmesi barede saxta senedler tertib etmekle menimseyib. Milli Meclisin İşler İdaresi terefinden hemin seferler zamanı vesaitlerin ödenilmesi barede istintaqa müvafiq tesdiqedici senedler teqdim edilib.

 

A.Memmedov vezife saxtakarlığı ederek 2007-ci ilin iyun-oktyabr ayları üzre ona hesablanmış 18.500 avro mebleğinde emek haqqını evvelceden almış ve yeniden hemin ilin oktyabr ayı üzre 3.700 avro mebleğinde vesaiti tekraren emek haqqı şeklinde alaraq menimseyib.

 

Bundan başqa o, yaşadığı evde işletdiyi elektrik enerjisine göre ödenişleri mövcud qanunvericiliyin teleblerine müvafiq olaraq öz vesaiti hesabına heyata keçirmeli olduğu halda, büdce vesaitlerini teyinatdan kenar istifade ederek 2007-2012-ci illerde hemin meqsedle 6.500 avronu dövlet vesaiti hesabına ödeyib.

 

A.Memmedov hemçinin, vezife selahiyyetlerinden sui-istifade ederek nümayendeliyin balansında olan ve deyeri 25.300 avro teşkil eden 2 eded avtomobili Dövlet Emlak Komitesinin razılığını almadan qanunsuz olaraq 7.100 avroya resmileşdirib satmaqla dövletin qanunla qorunan menafelerine mühüm zerer vurub.

 

A.Memmedov mövcud qanunvericilik aktlarının teleblerini kobud suretde pozaraq 2007-2012-ci illerde dövlet büdcesinden ayrılmış vesaitlerin meqsedyönlü ve teyinatı üzre istifadesini temin etmemiş, elece de hemin dövrde 410 min 830 avro mebleğinde büdce vesaitini tesdiqedici senedler olmadan xercleyib.

 

Aparılmış istintaqla A.Memmedovun qulluq mövqeyinden istifade etmekle külli miqdrda dövlet vesaitini menimseme ve ya israf etmekle talamasında, resmi senedlere bile-bile yalan melumatlar daxil etmekle vezife saxtakarlığı ve diger cinayetleri töretmesinde şübheler üçün esaslar olduğundan ona Cinayet Mecellesinin 179.3.2 (menimseme ve ya israf etme külli miqdarda töredildikde), 308.2 (vezife selahiyyetlerinden sui-istifade ağır neticelere sebeb olduqda), 313 (vezife saxtakarlığı) ve 326.1-ci (resmi senedleri, ştampları ve ya möhürleri oğurlama, mehv etme) maddeleri ile teqsirlendirilen şexs qisminde celb olunmaqla baresinde mehkemenin qerarı ile hebs qetimkan tedbiri seçilerek beynelxalq axtarışa verilib.

 

Hazırda onun tutulub istintaqa celb edilmesi üçün “İnterpol”un Azerbaycan Respublikası Daxili İşler Nazirliyinin Milli Merkezi Bürosu terefinden zeruri istintaq ve emeliyyat-axtarış tedbirleri heyata keçirilir.


Oxunub 609 defe