Xəbərlər ::

İDMAN :: Prezident Yay Olimpiya Oyunları ile bağlı serencam imzaladı

12-08-2015 19:03

Prezident İlham Eliyev XXXI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında serencam imzalayıb. Payiz.Az AzerTAc-a istinaden xeber verir ki, serencam 2016-cı ilde Braziliyanın paytaxtı Rio-de-Janeyro şeherindeki növbeti XXXI Yay Olimpiya Oyunlarına müteşekkil hazırlanmasının lazımi seviyyede temin olunması meqsedi ile imzalanıb.

 

Serencamla Nazirler Kabinetinin qarşısında tapşırıq qoyulub ki, Gencler ve İdman Nazirliyinin ve Milli Olimpiya Komitesinin teqdim etdiyi xüsusi proqramlara esasen milli yığma komandaların XXXI Yay Olimpiya Oyunlarına hazırlığı merhelesinde telim-meşq toplanışlarının keçirilmesi, idmançıların resmi beynelxalq yarışlarda iştirakı, ölkede lisenziya yarışlarının teşkili, Azerbaycan nümayende heyetinin Olimpiya Oyunlarında iştirakı ve diger tedbirlerin heyata keçirilmesi ile bağlı zeruri maliyye vesaitinin ayrılmasını temin etsin.


Oxunub 449 defe