Xəbərlər ::

SİYASƏT :: Elxan Süleymanov: “Serseng su anbarı Azerbaycana qarşı çox tehlükeli bir silahdır”

13-08-2015 10:32

 “Azerbaycanın serhedyanı bölgelerinin sakinlerinin qesden sudan mehrum edilmesi” üzre AŞPA meruzeçisi xanım Miliça Markoviçin Azerbaycana növbeti seferi baş tutacaq. Payiz.Az-ın melumatına göre, meruzeçi 5 neferlik nümayende heyeti ile ölkemize gelir. Nümayende heyetine müsteqil ekspert Styliani Lydia Vamvakeriou da daxildir. Sefer zamanı Azerbaycan Respublikası Kend Teserrüfatı Nazirliyi, Xarici İşler Nazirliyi, Ekologiya ve Tebii Servetler Nazirliyinde, Su Ehtiyatları Dövlet Agentliyinde, elece de AŞPA-dakı milli nümayende heyetinin üzvleri,  Dünya Bankının Azerbaycan Ofisinin nümayendeleri ve Azerbaycanda Vetendaş Cemiyyetinin İnkişafına Yardım Assosiasiyasının temsilçileri ile görüşler planlaşdırılır. Meruzeçi avqustun 26-sı regiona, Serseng su anbarının tesiri altında olan rayonlara sefer edecek, müvafiq qurumlarla, yerli icma ile görüşler keçirecek ve Serseng su anbarının yerli sosial-iqtisadi duruma tesiri veziyyetini araşdıracaqdır.

Xatırladım ki, 2014-ci ilin 14-20 dekabr tarixlerinde meruzeçi Azerbaycana ilk seferini etdi. Bundan sonra xanım Miliça Markoviç Ermenistana da sefer etmeli idi. Lakin işğalçı Ermenistan ve onun havadarları her vechle bu seferin qarşısını almağa çalışırlar. Miliça Markoviç öten ilin oktyabr ayından beri bu seferin baş tutmasına çalışsa da, Ermenistan terefinden razılıq alınmasına nail ola bilmemişdir. AŞPA Sosial Meseleler, Sehiyye ve Davamlı İnkişaf Komitesi terefinden mesele ile bağlı Ermenistan hökumetine resmi mektub gönderilse de, hele de müsbet netice elde olunmamışdır.

 

Bosniya ve Herseqovinanın AŞPA-dakı nümayende heyetinin üzvü Miliça Markoviç 2014-ci il mayın 12-de AŞPA-da teqdim etdiyim “Azerbaycanın cebheyanı rayonlarında mülki ehalinin qesden sudan mehrum edilmesine dair” qetname layihem esasında meruzeçi teyin edilib. Ermenistan terefi meruzeçinin teyin olunmasının qarşısını almaq meqsedile bütün resurslarını seferber etmiş, hetta ölke başçısı seviyyesinde buna mane olmaq istediler. Neinki Ermenistan terefi, onların işğalçı siyasetine, işğala destek veren AŞPA-dakı terefdarları da bize qarşı çıxdılar. Hetta bu mesele ile bağlı teklif etdiyim ilk qetname layihesine AŞPA Prezidenti terefinden 3 defe veto qoyulmuşdu. Bütün bu maneelere baxmayaraq davamlı mübarizenin neticesinde meruzeçi teyin edildi ve Ermenistanın işğalçı teref olması növbeti defe beynelxalq seviyyede beyan olundu.

 

Lakin Serseng su anbarı ne qeder ki Ermenistanın işğalı altındadır bu işi davam etdirmek, neinki AŞPA, bütün beynelxalq teşkilatları, bütün dünya birliyini Azerbaycana qarşı ögey münasibetden, ikili standartlardan el çekmeye çağırmaq, xalqımızı gözleyen böyük felaketin qarşısını almağa destek vermelerine nail olmaq olduqca zeruridir. Çünki, bir terefden işğalçı Ermenistan Serseng su anbarını qış aylarında suyu buraxmaqla 6 rayonu sel altında qoymaq üçün, yay mövsümünde ise, eksine suyun qarşısını kesmekle cebheyanı rayonların kend teserrüfatına ciddi ziyan vurmaq üçün istifade edir, diger terefden Serseng su anbarı işğalçı Ermenistanın elinde Azerbaycana qarşı çox tehlükeli bir silahdır.

 

Serseng su anbarı işğal altında olması sebebinden texniki qurğular baxımsızlıq tehlükesi ile üzleşib ve onlara xidmet gösterilmemesi sebebinden hazırda qeza veziyyetine düşüb. Odur ki, bu su anbarının tebii felaket, texniki ve evvelceden düşünülmüş texribat xarakterli sebebler üzünden dağılma ehtimalı böyükdür.

Statistik göstericilere göre, dünyada su anbarlarının partlaması ve ya daşması neticesinde son 50 ilde 179.815 insan helak olub. Serseng su anbarının partladılması ve ya baxımsızlıqdan her hansı bir qezanın baş vermesi bütün dünyada son 50 ilde baş vermiş bu kimi hadiselerin neticelerinin ceminden daha çox insanın (400 000) helak olmasına, ev – eşiyinden didergin düşmesine ve daha böyük facieye sebeb ola biler. Bu gösterici Serseng su anbarının işğalçı Ermenistanın, qatil, cinayetkar ermenilerin elinde ne derecede ciddi ve tehlükeli silah olduğunu açıq-aydın gösterir.

 

Melumat üçün bildirim ki, bu mesele ilk defe 2013-cü ilin may ayında Azerbaycanda Vetendaş Cemiyyetinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Serseng - humanitar facienin qarşısının alınması” layihesinin icrasına başlaması ile gündeme getirildi.  AVCİYA-nın fealiyyetinde prioritet istiqametlerden biri ermenilerin Azerbaycan xalqına qarşı sistemli ve davamlı şekilde heyata keçirdiyi soyqırımı cinayetleri, Ermenistanın Azerbaycana qarşı silahlı tecavüzü, işğal altında olan erazilerde xalqa qarşı heyata keçirdiyi etnik temizleme siyaseti, müharibe cinayetleri, insanlığa qarşı cinayetler haqqında heqiqetlerin dünya ictimaiyyetine çatdırılmasıdır. Qeyd olunan bu layihe de bu qebilden olan layihelerden biri idi.

Hesab edirem ki, vetendaş cemiyyeti Sersengin işğalı neticesinde yaranan böhranlı veziyyetin dünyaya çatdırılmasında feal olmalı, KİV bu problemi yeterince işıqlandırmalıdır.

 


Oxunub 921 defe