Xəbərlər ::

SİYASƏT :: Prezident Ukrayna xalqını tebrik etdi

23-08-2016 18:32

Prezident İlham Eliyev Ukraynanın Prezidenti Pyotr Poroşenkoya tebrik mektubu gönderib. Lent.az-ın AzerTAc-a istinaden melumatına göre, tebrik mektubunda deyilir:

 

“Hörmetli cenab Prezident,

 

Ölkenizin milli bayramı – Müsteqillik günü münasibetile Sizi ve Sizin simanızda bütün xalqınızı öz adımdan ve Azerbaycan xalqı adından semimi qelbden tebrik edirem.

 

Azerbaycan-Ukrayna münasibetleri xoş enenelere malikdir. İnanıram ki, ölkelerimizi ve xalqlarımızı birleşdiren enenevi dostluq elaqeleri, ikiterefli emekdaşlıq münasibetleri xalqlarımızın menafelerine uyğun olaraq bundan sonra da inkişaf edecek ve genişlenecekdir.

 

Bu yaxınlarda Azerbaycana etdiyiniz seferinizi memnunluqla xatırlayıram. İnanıram ki, sefer zamanı Sizinle görüşlerimiz, apardığımız danışıqlar ikiterefli münasibetlerimizin inkişafı üçün yeni imkanlar açacaqdır.

 

Bele bir elametdar günde Size möhkem cansağlığı, işlerinizde uğurlar, dost Ukrayna xalqına emin-amanlıq ve tereqqi arzulayıram”.


Oxunub 19 defe