Xəbərlər ::

SOSİAL :: Müellimler üçün telimlere start verildi

26-08-2016 14:08

 

 

 

Tehsil İşçilerinin Peşekar İnkişafı İnstitutunda UNICEF-in maliyye ve metodiki desteyi ile ümumtehsil mekteblerinin mektebehazırlıq qruplarında ders deyecek müellimlerin telimatlandırılması üçün “Telimçi hazırlığı” proqramına start verilib.

 

 

Tehsil Nazirliyinden Lent.az-a verilen melumata göre, Tehsil Nazirinin müvafiq emrine esasen keçirilen telim-meşğelelerini mektebeqeder tehsil üzre ekspertler ve serişteli psixoloq aparır. Telim 36 akademik saatlıq proqram esasında 6 gün davam edecek. Telimlerde ölke üzre seçilmiş 150 nefer ali tehsilli müellimin iştirakı nezerde tutulur.   

Telimlerde iştirak üçün müraciet eden 500 neferden çox erizeçinin senedlerinin qoyulmuş meyarlara uyğunluğu tehlil edildikden sonra 200 nefer müellim müsahibeye devet olunub. Onlardan artıq 90 neferi müsahibe komissiyasının müsbet reyini alıb ve avqustun 25-den telimlere qoşulublar.

 

Qeyd edek ki, “Telimçi hazırlığı” poqramı üçün iştirakçı seçimi müsahibeleri davam edir. Növbeti hefte erzinde daha 60 müellimin yeni qruplarda  telimlere qoşulması planlaşdırılır. Bu proqramı uğurla başa vuran müdavimlere telimçi sertifikatı verilecek ve onlar ölkenin ümumtehsil mekteblerinin mektebehazırlıq qruplarında ders deyecek müellimlerin telimatlandırılmasına celb olunacaqlar.