Xəbərlər ::

MAQAZİN :: Miri Yusif bestekarın ittihamlarını cavablayıb

13-08-2015 17:32

 

Türk müğennisi Funda Ararla Miri Yusif arasındakı qalmaqalın bir terefinde de haqqında söhbet geden “Bağışla” mahnısının müellifi Murad Quliyevdir (MC Murad). Türkiyeden Azerbaycana video-açıqlama yollayan MC Murad M.Yusifi oğurluqda  ittiham edir. Payiz.Az mesele ile bağlı M. Yusifin mövqeyini de öyrenib. Müğenninin metbuat katibi Seriyye xanım “Bağışla” mahnısının M. Yusife mexsus olduğunu bildirib.

O, MC Muradın ittihamlarını bele cavablandırıb: “MC Muradla M. Yusifin ortaq mahnıları var. Heç kim bunu danmır. Hemin mahnıların ortaq olması “Youtube”da, albomda qeyd olunub. Söz ortaqdırsa, her ikisinin de adı yazılıb, musiqi ortaqdırsa, yene her ikisinin adı yazılıb”.

 

M. Yusifin metbuat nümayendesi müğenninin MC Muradın haqqını tapdalaması fikrine de münasibet bildirib: “ Heç kesin haqqı heç bir yerde tapdalanmayıb. Lakin “Bağışla” mahnısı birbaşa Miri Yusife aiddir. Aranjemanı bele MC Murada aid deyil. “Youtube”da da bu qeyd olunub. “Ağ qarğa” albomunda MC Murada aid olan “İki doğma insan” mahnısı var. Eger biz bele qerezli insanlarıqsa, o mahnını da yazardıq ki, bu Miri Yusifindir. Orda qeyd olunub ki, söz - musiqi MC Murad. “Bağışla” mahnısında ise söz ve musiqi Miri Yusif. Bir albomda her iki mahnı var”.

 

Seriyye xanım MC Murada mexsus mahnıların haqqının ödendiyini de bildirdi. O, hemçinin elave etdi ki, M. Yusif  F. Ararı mehkemeye vermek fikrinden daşınmayıb. 


Oxunub 432 defe