Xəbərlər ::

HADİSƏ :: Şekide 100 hektardan çox sahe yandı

14-08-2015 01:58

Şekide 100 hektardan çox sahe yanıb. Fövqelade Hallar Nazirliyinin (FHN) Şeki rayon Dövlet Yanğından Mühafize Hissesinden APA-nın Şeki-Zaqatala bürosuna verilen melumata göre, avqustun 13-ü günorta saatlarından başlayaraq rayonun Aşağı Küngüt ve Aşağı Keldek kendlerinin inzibati erazisinde biçilmiş taxıl  ve kol-kos sahelerinde yanğın baş verib. Yanğın miqyasının böyüklüyünü  nezere alaraq yanğın baş veren eraziye FHN-nin Şeki rayon DYMH-den 3, Oğuz rayon DYMH-den 2, Qebele rayon DYMH-den 1, Qax rayon DYMH-den 1 ve Mingeçevir şeher DYMH-den 1 yanğınsöndüren maşın ve şexsi heyetleri celb edilib.

 

Avqustun 13-ü axşam saat 22 radelerinde yanğının qarşısı tam alınıb. Yanğın neticesinde 100 hektardan çox erazide biçilmiş taxıl sahesi, kol-kos ve yol kenarındakı ağaclar qismen yanıb. Yanğın zamanı xesaret alan olmayıb.

 

Faktla bağlı FHN-nin Şeki rayon DYMH-de araşdırma aparılır.    


Oxunub 310 defe