Xəbərlər ::

HADİSƏ :: Ermeniler ateşkesi 109 defe pozdu

14-08-2015 10:12

Ermeni silahlı bölmeleri cebhenin müxtelif istiqametlerinde 60 ve 82 millimetrlik minaatanlardan, hemçinin iriçaplı pulemyotlardan da istifade etmekle sutka erzinde ateşkes rejimini ümumilikde 109 defe pozub.

Payiz.Az-ın Müdafie Nazirliyinin saytına istinaden melumatına göre, Ermenistan Respublikası Noyemberyan rayonunun Dovex kendinde yerleşen mövqelerden Qazax rayonunun Kemerli kendinde, Krasnoselsk rayonu erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerden Gedebey rayonu erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerimiz ateşe tutulub.

Goranboy rayonunun Gülüstan, Terter rayonunun Çilebürt, Göyarx, Qızıloba, Yarımca, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kengerli, Novruzlu, Yusifcanlı, Qaraqaşlı, Merzili, Cevahirli, Şirvanlı, Şuraabad, Xocavend rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbeyli, Horadiz, Aşağı Seyidehmedli, Qorqan, Cebrayıl rayonunun Mehdili kendleri yaxınlığında, elece de Goranboy, Xocavend, Füzuli ve Cebrayıl rayonları erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerden de Silahlı Qüvvelerimizin mövqeleri ateşe tutulub.
Düşmen cavab ateşi ile susdurulub.


Oxunub 272 defe