Xəbərlər ::

SOSİAL :: Marşrutlarda kart sistemi cenceli: proses uzanır, sürücüler maaş teleb edir, nazirlik ise... - REPORTAJ

14-08-2015 12:30

 

 

İctimai neqliyyatlarda kartla ödeniş sisteminin tetbiqine artıq çoxdan başlanılıb. Hemin tarixden etibaren ise 743 eded avtobusda kart sisteminin tetbiqine keçmek üçün validator qurğuların yerleşdirileceyi nezerde tutulmuşdu.

Ancaq sernişinler yene de köhne qayda ile nağd pul ödenişi edirler. Sernişinlerin çoxu ise buna mecburdur,  çünki kartdan istifade etmek üçün avtobusların ekseriyyetinde validator qurğular mövcud deyil.

 

 “Kart üçün validator aparatlar yerleşdirilecek dediler, ancaq yerleşdirilmeyib ”, deye - 11 nömreli marşrutun sürücüsü bildirir.

 

Halbuki, may ayının sonuna kimi kart sisteminin tetbiqi nezerde tutulan avtobuslardan biri de 11 nömreli marşrut idi.

 

Dayanacaqda dayanıb validator qurğuların yerleşdirildiyi başqa bir avtobus gözleyirem. Dayanacağa yaxınlaşan 88 nömreli avtobusda hemin aparatlardan gören kimi derhal minib maraqlanmaq istedim. Ancaq sürücü işlemediyini dedi: 

“Kart sistemine keçirik “ deyilen vaxtdan bu aparat quraşdırılıb, ancaq hemin günden işlemir”.

 

Sürücü ile sağollaşıb növbeti avtobusu gözleyirem.

 

Müşahide etdiyim avtobusların ekseriyyetinde hemin kart sistemi üçün nezerde tutulan qurğulardan görmedim. 

 

 “Bize de o yeni avtobus sürücüleri kimi maaş verilse, kart ya nağd pul olduğuna önem vermerik ”, – deye 46 nömreli avtobusun sürücüsü dayanacaqda gözleyen yeni sernişin avtobusunu işare edir.

 

Qeyd edek ki, hemin sernişin avtobuslarının sürücülerine aylıq texminen 600 manat ödenilir ve 8 saatlıq iş rejiminde çalışırlar.

 

Dayanacaqda gözleyen 85 nömreli avtobusa yaxınlaşdım ki, kart sisteminin işleyib işlemediyini öyrenim, burda da qurğu yox idi.

Sürücünün kart sisteminin serf edib etmeyeceyi ile bağlı fikrini öyrenmek isteyende ise  çekinerek “maaş sistemi olsa, yaxşı olar ” - dedi.

 

 Daha bir 11 nömreli avtobus sürücüsü ise kart sistemi ile bağlı üreyi dolu imiş sanki.

“Kart olsa, pulu vermeyib orta qapıdan qaçan sernişinlerden canımız qurtarar”, - deye bu gün kart sistemini destekleyen ilk sürücü idi.

Onun fikrince, sürücülere aylıq maaş verilse, sernişinlerin nazı ile de oynamaq olar.

-  Bize dediler ki, kart olandan sonra maaş verilecek. Ele olsa yaxşıdır. Hem elimiz pula deymeyecek.  Pulu vermeyib qaçan sernişinlerden canımız qurtaracaq. Sürücülere hörmet artar”.

 

Ele sürücü ile kart sistemi haqqında söhbet edirdik ki, avtobusa minen sernişin  “soyğunçuluq edirler ”, - deye etiraz etdi.

Sernişin günde bir kart icad edirler deye narazılıq ifade edir.

- 3 manat verib o biri kartı aldıq. Hanı, heç işlemir. İndi de 2 manata bu kartı satırlar. Camaatı soyurlar ancaq.

 

Kart qurğularının yerleşdirilmesi nezerde tutulan 49 nömreli avtobusda heç bir qurğuya rastlamadıq. 49 nömreli avtobus sürücüsü ise kart sistemi ile  razıdır, birce maaş sistemi tetbiq olunsa.

 

Sürücüler maaşlarının 85%-ni gündelik plana verir. Bununla kart sisteminin heç serf etmeyeceyini deyen 85 nömreli avtobus sürücüsü, eger kart sisteminde kart dolmasını gözleyib dolandan sonra yarısını plana versek serf etmez.

 

Bütünlükle kart sistemine keçen yeni avtobuslarda ise bununla bağlı heç bir narazılıq yoxdur. Sernişinler de kart sistemine emel edir.

Bezen sernişinlerin bezileri melumatsız olduğu üçün problem yaranır, kartları olmur. Bele halda dayanacaqlarda yerleşdirilen “BakıKart” terminallarından müveqqeti  kart alıb minirler.

 

Mesele ile bağlı Neqliyyat Nazirliyinin de münasibetini öyrendik. Qurumun metbuat xidmetinin rehberi Namiq Hesenov Payiz.Az-a açıqlamasında bildirdi ki, hazırda Bakıda fealiyyet gösteren sernişin avtobuslarının yarıdan çoxunda kart sistemi üçün lazım olan aparatlar quraşdırıb: “Avtobuslarda olan aparatlar işleyir, sadece kart sistemine tam keçilmeyib deye hele aktivleşdirilmeyib. Bu proses merhele-merhele tetbiq olunacaq. Bu işleri birden-bire tetbiq elemek mümkün deyil”.

 

Nazirliyin sözçüsü deyib ki, artıq 1000-den çox avtobusa bu aparatlar yerleşdirilib.

 

N.Hesenovun sözlerine göre, “Baku bus”ın avtobuslarının hamısında artıq kart sistemi tam tetbiq edilir. Diger avtobuslarda da yaxın zamanlarda tam olaraq kart sistemine keçilmesi nezerde tutulub. Sözçü onu da bildirib ki, kart sistemine keçirilen avtobusların hamısının sürücüleri maaşla işleyecek ve plan vermek meselesi aradan qalxacaq: “Köhne avtobuslar da kart sistemi ile işe başlayandan sonra onların sürücüleri de maaş alacaq.  Bu mesele de nazirlik terefinden gündemde saxlanılır. Sürücülere verilen maaşların miqdarını ise biz yox, sahibkarlar özleri müeyyenleşdirecek. Çünki sürücüleri Neqliyyat Nazirliyi yox, marşrut sahibleri işe götürür”.

 

Namiq Hesenov onu da qeyd edib ki, kart sistemi tetbiq olunandan sonra sahibkarlar gelir vergisini elektron şekilde dövlet büdcesine ödeyecekler: “Avtobuslar kart sistemine keçenden sonra sahibkarlar gelen qazanc esasında dövlet büdcesine vergi ödeyecek. Ona göre evvelki sistem kökünden deyişdirilir. Hazırda kart sistemi tetbiq olunmadığı  üçün hemin vergi büdceye nağd olaraq köçürülür. Kart sisteminin tetbiqinden sonra ise hem sürücülerin maaşı, hem de  gelir vergisi elektron olaraq büdceye köçürülecek”.

 

Neqliyyat Nazirliyinin metbuat xidmetinin rehberi kart sisteminin bu ilin sonuna qeder yekunlaşdırmaq istediklerini bildirib: “Avtobuslarda kart sistemine keçid bu ilin sonuna ve yaxud da gelen ilin evvellerine qeder tam başa çatacaq. Prosesin gecikmesine sebeb Bakı ve Bakı etrafı erazilerde 2800-den artıq avtobusun fealiyyet göstermesidir.  Avtobuslara bu avadanlıqların qoşularaq hazır veziyyete getirilmesi zaman teleb edir. Biz isterdik ki, bu ilin sonuna qeder bu meseleni hell edek.  Bu proses yaxın zamanda çox süretle görülecek”.

 


Oxunub 933 defe