Xəbərlər ::

SOSİAL :: Komplekslerinizden yaxa qurtarmaq isteyirsinizse...

06-09-2016 18:12

Sevda Sultanova:
 
Bezen deyirler ki, filan adam komplekssizdir. Her bir adamın kiçik de olsa, kompleksi var. Bizde komplekssizlikle abırsızlığı sehv salırlar. Mekanı, mühiti nezere almadan serbest davranış sergileyirsense, bu, komplekssiz davranış yox, edebsizlikdir.
 
Bezen de cemiyyetin davranışı insanları komplekse soxur. Meselen, elil adamı küçede görende hamı ona diqqet kesilir, bu, ise narahatlıq getirir. Yaxşı ki, son illerde aksiyalar keçirilir, maariflenme işi aparılır bununla bağlı, toplum artıq anlamağa başlayır ki, o da bizden biridir.
 
İntellektle bağlı kompleks var. Meselen, sosial şebekelerde yazırlar ki, “sen filan filme indi baxmısan", ya da "sen filan eseri indi oxuyursan?” Halbuki, onun inboxuna da yaza bilerdi. Bunu yazan adamın özünün intellektle bağlı kompleksi var.
 
Filosof Hesen Quliyev “Arxetipik azeriler:mentalitetin simaları” adlı kitabında azerbaycanlı xarakterini analiz edir. Bu kitab hem de bizim komplekslerimiz haqdadır.
Kompleksden azad olmaq üçün onu üstünlüyümüze çevirmek lazımdır...
 
 
Cavid Zeynallı
 
 Etrafımıza baxsaq, ele bir adam tapa bilmerik ki, her hansı kompleksden eziyyet çekmesin. Tebii ki, kompleksler müxtelif cür özünü büruze verir. Aşırı derecede bundan eziyyet çeken adamlar gündelik heyatda, cemiyyetde, mühitde müeyyen problemlerle üzleşirler. İnsanlar insani deyer baxımından eynidirler. Buna göre onlar ne üstünlük, ne de aşağılıq kompleksi yaşamalıdırlar.
 
Komplekslerin içinde en tehlükelisi aşağılıq kompleksidir. Bu komplekse qalib gele bilmeyen insanlarda psixoloji problemlerin yaranmasını adi hal kimi qebul etmek olar. Çünki insan özünü kimdense aşağı görürse, onun bütün fealiyyeti enişe doğru gedir. Aşağılıq kompleksi olan insanlar bacara bileceyi işi bele etmekden çekinirler.
 
Bundan başqa ünsiyyet problemi ciddi komplekslerden biridir.
 
Kompleks insanların yaşına, tehsil seviyyesine, heyat standartına, qadın, kişi olduğuna göre de deyişir.
 
Meşhur psixoloq Karl Qustav Yunq qeyd edirdi ki, “kompleks her zaman insana menfi neticeler vermir. Bezen kompleksler insanın böyük uğurlara çatmasını temin ede biler”. Ümumen, psixologiya elmi bu neticeye gelib ki, komplekslerin yaranmasında esas sebeb uşaqlıqda yaşanmış psixoloji travmalardır...
 
Sebine Bayramova-psixoloq
 
Kompleks - menfi emosiyalarla, yarımçıq xatirelerle ve dumanlı meyllerle eks olunan bir qrup davranışlar sistemidir ki, qeyri-ixtiyari insan şexsiyyetinin daxili strukturunu formalaşdırır.
 
Bizim şüuraltımızda qorxu, ceza, günah hissi kimi hallar formalaşır. Onların formalaşması zamanı aldığımız yanlış teessüratlar, psixoloji travmalar bu hallarla sonradan qarşılaşdığımız zaman bizde kompleksli davranış reaksiyaları yaradır. Hemin reaksiyalar cemiyyet terefinden birmenalı qarşılanmadıqda bizde menfi hissler yaranır. Uşaqlıq kompleksi, Titani kompleksi, Alisa kompleksi, Elektra ve Edip kompleksleri ve sairenin  adını çekmek olar. Erken yaşda formalaşan bu kompleksler xarakteri, şexsiyyetlerarası münasibetleri, emosional ve iradi mühiti müeyyen edir. Bu cür psixoloji elementler ise narahatedici ve ya xestelik yaradacaq simptomlara çevrilir. Bu cür transformasiyalar da  cinsel münasibetlerde, adi heyatda, meyllerde ve düşünce terzinde çerçivelenmiş yanaşmalara yol açır. Elbette ki, çox gec olmadan mütexessise müraciet olunarsa, aradan qaldırılması mümkündür...
 
İlqar Resul
Aşağılıq kompleksine qalib gelmek üçün ilk növbede insan bele bir problem yaşadığını anlamalı ve qebul etmelidir. İnsan bilmelidir ki, bu problemin kökünde esasen özüne inamsızlıq dayanır. İnsan öz imkan ve bacarıqlarının ferqine varmalıdır, "men buyam ve bu bacarıqlarım var" - deye bilmeli, mükemmel olmaq kimi bir derdi özünden uzaqlaşdırmalıdır. İnsanın her meselede bacarıqlı olmayacağını qebul etmesi vacibdir. Bu problemini mümkün qeder aradan qaldırmaq üçün insan öz bacarıqlarını deqiqleşdirib, onları inkişaf etdiren kurslara yazıla biler.
 
Görkemide, fiziki durumunda nese kompleks yaradan amiller varsa, insan bunun atadan-babadan keçen irsi çatışmazlıq olub onu aradan qaldırmağın mümkünsüzlüyünü de qebul etmekle müeyyen menada rahatlıq tapa biler...
 
Tam olaraq APA TV-de izleyin


Oxunub 124 defe