Xəbərlər ::

SOSİAL :: AMEA-da magistratura şöbesi yaradılıb

07-09-2016 17:16

 

 

Azerbaycan Milli Elmler Akademiyasının Reyaset Heyeti aparatının Elm ve Tehsil İdaresinin strukturunda Magistratura şöbesi yaradılır. Lent.az-ın melumatına göre, bu barede qerar AMEA Reyaset Heyetinin bugünkü iclasında qebul edilib.

 

Mövzu etrafında çıxış eden AMEA-nın prezidenti, akademik Akif Elizade bildirib ki, son iller ölkemizde elmle tehsilin inteqrasiyasını temin etmek, elmi kadr potensialının inkişafını süretlendirmek ve genclerin elme marağını artırmaq meqsedile Akademiyada geniş islahatlar aparılır. 2015-ci ilden başlayaraq AMEA-da felsefe doktoru hazırlığı üzre doktoranturaya qebul ve minimum imtahanları test üsulu ile keçirilir, doktorantların xarici dil fenni üzre bilik seviyyelerine qoyulan telebler yükseldilib. Hemçinin akademik qeyd edib ki, elmi qurumun tarixinde ilk defe olaraq AMEA-da ali tehsilin magistratura pillesi teşkil olunub ve 2015/2016-cı tedris ili üçün magistraturaya 19 nefer, 2016/2017-ci tedris ili üçün ise 56 nefer qebul olunub. AMEA-nın prezidenti Akademiyaya qebul zamanı bakalavrlar arasında güclü reqabetin olduğunu vurğulayıb.

 

İclasda AMEA-nın magistraturasına qebulun neticeleri tesdiq edilib, Reyaset Heyeti aparatının müvafiq idarelerinin ve elmi müessiselerin rehberlerine tedris prosesinin teşkili ile bağlı tapşırıqlar verilib. Bundan elave, AMEA-da tehsille bağlı teşkilati işlerin hecminin xeyli artdığını ve bununla bağlı Elm ve Tehsil İdaresinin strukturunun ve kadr potensialının güclendirilmesinde yaranan zerureti nezere alaraq Reyaset Heyeti qerar qebul edib.

 

Qerara esasen, AMEA Reyaset Heyeti aparatının Elm ve Tehsil İdaresinin strukturunda Magistratura şöbesi yaradılıb, şöbenin ştat vahidleri tesdiq edilib. Hemçinin idarenin Elmi-analitik şöbesinin reis müavini, texnika üzre felsefe doktoru Hüseyn Hüseynov Magistratura şöbesinin reisi vezifesine teyin olunub.

 


Oxunub 76 defe