Xəbərlər ::

SOSİAL :: Müellimler üçün elave yerleşdirmenin neticeleri açıqlandı

08-09-2016 10:58

 

3-5 sentyabr tarixlerinde müellimlerin işe qebulu üzre müsabiqede müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayet etmeyen ve bununla da müsahibe merhelesine keçmek hüququ qazanmayan ve ya müsahibede iştirak etmeyen namizedler üçün elave yerleşdirme aparılıb.

 

Tehsil Nazirliyinden Lent.az-a verilen melumata göre, elave yerleşdirmede 4432 nefer namized şexsi sehifelerine daxil olmaqla, teklif olunan vakant yerleri seçib ve erizelerini tesdiq edibler. Erizelerini tesdiq eden namizedlerden 773 neferi növbeti merheleye (müsahibe merhelesine) keçmek hüququ qazanıb.

 

Qeyd edek ki, yerleşdirmenin neticesi, müsahibe merhelesinin keçirilme yeri ve tarixi barede melumatlar her bir namizedin şexsi sehifesine gönderilib.

 

Müsahibe merhelesine gelerken namizedlerden şexsiyyet vesiqesini, tehsil haqqında senedin eslini ve onun elavesini getirmek teleb olunur.

 


Oxunub 58 defe