Xəbərlər ::

SOSİAL :: Nazirlikde 100-den çox vakant yer var

14-08-2015 15:34

Emek ve Ehalinin Sosial Müdafiesi Nazirliyi (EESMN) sisteminde dövlet qulluğunun inzibati vezifeleri üzre vakant yerlere müsabiqe ve müsahibe esasında kadrların qebulu ve yerleşdirilmesi Prezident yanında Dövlet Qulluğu Meseleleri üzre Komissiya (DQMK) ile emekdaşlıq şeraitinde ve “Dövlet qulluğu haqqında” Qanuna uyğun şekilde heyata keçirilir.

 

EESMN-nin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, bu istiqametde işlerin davamı olaraq, dövlet orqanlarında vakant dövlet qulluğu vezifelerinin tutulması üçün DQMK terefinden 14 avqust 2015-ci il tarixde elan edilen növbeti müsabiqede EESMN sistemi üzre 94 inzibati vezife üzre 102 vakant yer teqdim olunur. Hemin vakant yerler nazirliyin Aparatını, nazirlik yanında Dövlet Emek Müfettişliyi, Meşğulluq, Sosial Teminat, Tibbi-Sosial Ekspertiza ve Reabilitasiya Xidmetlerini ehate edir.

 

Qeyd edek ki, tekce bu ilin öten dövründe müsabiqe, hemçinin daxili ve ümumi müsahibelerden uğurla keçmiş 64 nefer şexs nazirliyin aparatında ve struktur bölmelerinde müvafiq vakant vezifelerine teyin olunublar. Nazirlik terefinden dövlet qulluğunun inzibati vezifelerine teyin edilen emekdaşların semereli fealiyyetinin stimullaşdırılması üçün zeruri tedbirler görülür. Nazirlik üzre müsabiqe yolu ile tutulmaq üçün teqdim edilen vakant dövlet qulluğu vezifelerinin siyahıları, habele vakant dövlet qulluğu vezifelerinin tutulması ile bağlı daxili ve ümumi müsahibelere dair bütün elanlar nazirliyin resmi internet saytının ön sehifesinde müvafiq bölmede teqdim olunur.

 


Oxunub 460 defe