Xəbərlər ::

HADİSƏ :: Prezident Bakıda abadlıq işi geden küçelerle tanış oldu

14-08-2015 15:45

Prezident İlham Eliyev Bakının Nesimi rayonunun erazisindeki Pişeveri, Cavadxan, Hüseyn Seyidzade küçelerinde heyata keçirilen abadlıq ve yenidenqurma işlerinden sonrakı veziyyetle tanış olub. Payiz.Az-ın prezident.az-a istinaden melumatına göre, Bakı Şeher İcra Hakimiyyetinin başçısı Hacıbala Abutalıbov görülen işlerle bağlı dövleti başçısına melumat verib. Bildirilib ki, Pişeveri, Cavadxan, Hüseyn Seyidzade küçelerinde ümumilikde 300 min kvadratmetre yaxın saheye asfalt döşenib, yol işareleri ikikomponentli yüksek keyfiyyetli boyalarla renglenib. Pişeveri küçesi iki istiqametli ve dördzolaqlı olmaqla genişlendirilerek esaslı şekilde yeniden qurulub. Küçe boyu sekiler tamamile yenilenib, en müasir işıqlandırma sistemi quraşdırılıb, yeni yaşıllıq zolaqları salınıb. Heyder mescidine geden küçelerin hamısında abadlıq ve yenidenqurma işleri heyata keçirilib.

Görülen işlerle tanışlıqdan sonra Prezident İlham Eliyev Pişeveri küçesinin yenidenqurmadan sonra açılışını bildiren lenti kesib. 

Dövletimizin başçısı Cavadxan ve Hüseyn Seyidzade küçelerinde ve bu küçelerin kesişdiyi erazilerde aparılan abadlıq-quruculuq işlerinden sonrakı veziyyetle de tanış olub.

Bu küçelere de yeni asfalt örtüyü döşenib, sekiler ve buradakı yol ötürücüsü yeniden qurulub, etraf abadlaşdırılıb, yeni yaşıllıq zolaqları salınıb, müxtelif ağac ve gül kolları ekilib. Esaslı şekilde yeniden qurulmuş bu küçelerin hamısında yeraltı kommunikasiyalar ve su xetleri deyişdirilib, yeni işıqlandırma sistemi qurulub. 

Bütün bunlar gösterir ki, ölkede yol-neqliyyat kompleksinin yeniden qurulması, yeni yolların salınması, mövcud olanların ise esaslı şekilde temir olunması ile bağlı layiheler uğurla davam etdirilir. Hazırda ölkede beynelxalq ve respublika ehemiyyetli magistral yolların salınması ile yanaşı, yerli ehemiyyetli, xüsusen de paytaxtdaxili yolların müasir seviyyede qurulmasına xüsusi diqqet yetirilir. Bu da tebii ki, Bakıda aparılan genişmiqyaslı abadlıq işlerinin mühüm terkib hissesidir. Prezident İlham Eliyevin tapşırıqlarına esasen bu sahede görülen işler hem de Bakı şeherindeki yollarda avtomobillerin rahat hereketinin temin olunmasına ve tıxac probleminin aradan qaldırılmasına yönelib. 


Oxunub 425 defe