Xəbərlər ::

SOSİAL :: Şura 2-ci maliyye yardımı müsabiqesine yekun vurub

14-08-2015 17:46

Bu gün Prezident yanında Qeyri-Hökumet Teşkilatlarına Dövlet Desteyi Şurasının növbeti iclası keçirilib.

Şuranın metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, gündelikde duran meseleler haqqında melumat veren sedr Azay Quliyev Şuranın 2015-ci ilde QHT-ler üçün elan etdiyi 2-ci maliyye yardımı müsabiqesinin ümumi yekunları barede danışıb. A.Quliyev qeyd edib ki, müsabiqe mövzuları arasında bu ilin payızında keçirilecek parlament seçkileri ile elaqedar meselelere, vetendaş teşebbüslerinin desteklenmesine ve ictimai aktuallıq kesb bezi problemlerle bağlı videoçarxların hazırlanmasına xüsusi diqqet yetirilib.

İkinci maliyye yardımı müsabiqesinin neticeleri haqqında meruze ile çıxış eden Şura Katibliyinin icraçı direktoru Feraset Qurbanov bildirib ki, müsabiqe bu il aprel ayının 16-da elan edilmiş, bu haqda elan, elece de müsabiqenin qayda ve şertlerine aid melumatlar Şuranın www.cssn.gov.azwww.qhtxeber.az ve www.e-qht.az saytlarında yerleşdirilib. Müsabiqe üçün ayrılmış 1 ay müddetinde Şuraya yerli QHT-lerden 169 müraciet daxil olmuş, onlardan 43-nün senedleri teleb edilen standartlara uyğun olmadığı üçün müsabiqeden kenarlaşdırılmış, 126 layihe teklifi ekspertizaya gönderilerek müvafiq qaydada ekspertler terefinden qiymetlendirilib.

Şura her bir layihe üzre ekspert qiymetlendirmelerini ve Katibliyin teqdim etdiyi arayışı nezere alaraq 97 QHT layihesinin maliyyeleşdirilmesi haqqında qerar qebul edib. Müsabiqe qaliblerinin siyahısı Şuranın  www.cssn.gov.az  ve www.qhtxeber.az  saytlarında yerleşdirilecek.

İclasda Sahib Memmedovun sedrliyi ile apelyasiya komissiyasının terkibi müeyyen edilib. Apelyasiya komissiyasında erizeler 21 avqust 2015-ci il saat 18:00-dek qebul edilecek.

Qanunvericiliyin yeni telebleri ile bağlı QHT-lerin layihe senedleşmelerinde yol verdiyi nöqsanların aradan qaldırılmasına kömek meqsedile Şuranın QHT rehberleri üçün telimler teşkil etmesi meselesi de müzakire olundu ve bu işin teşkili Katibliye tapşırıldı.

Gündelikdeki diger meselelerle elaqedar müzakireler aparıldı ve müvafiq qerarlar qebul edildi.

 

 


Oxunub 492 defe