Xəbərlər ::

İDMAN :: Cazibedar hekim Mourinyoni mehkemeye verir

15-08-2015 02:48

ANS PRESS-in melumatına göre, hekim Eva Karneyro baş meşqçi Jose Maurinyo terefinden tenqid edenden sonra, öz işinden kenarlaşdırılıb. Karneyroya “Çelsi”nin meşqlerine, hemçinin komandanın oyunçularının qaldığı otele giriş qadağan edilib. Halbuki, Eva Karneyro klubun tibb emekdaşı olaraq qalır.

 

İngiterenin “Çelsi” komandası çempionatın ilk turunda “Suonsi” komandasıyla hesabı heç-heçe bitirenden sonra, Mourinyo hekimi tenqid edib. Eva Karneyro yarımmüdafieçi Eden Azara ilk yardım göstermek üçün onu meydandan aparıb. Bu ise baş meşqçini qıcıqlandırıb. Mourinyonun sözlerine göre, futbolçunu oyundan kenarlaşdırmağa ehtiyac yox idi, çünki “Çelsi”de oyunçular onsuz da azlıq teşkil edirdi. Meşqçi hekim Korneyroya meslehet gördü ki, futbol oyununun qaydalarını öyrensin.

 

Eva Karneyro “Çelsi”de 2009-ci ilden işleyir, 2011-ci ilde ise eks meşqçi Andre Villas-Boasın emri ile komandanın ilk tibb qerargahının emekdaşı olub. Eva Karneyro 1973-cü ilde Hibraltar da ispanyalı ve ingilis ailesinde doğulub. Hekim Nottinqem universitetini bitirenden sonra, öz tehsilini Melburnda idman fiziologiyası kollecinde davam edib ve Londonda magistr derecesi alıb.


Oxunub 249 defe