Xəbərlər ::

HADİSƏ :: Maştağada bacısını qetle yetiren qardaşın mehkemesi başlayır

15-09-2016 14:30

Bakıda bacısını öldürüb, emisi oğlunu bıçaqlamaqda teqsirlendirilen 1991-ci il tevellüdlü Seyid Mireli Cavadovun cinayet işinin ibtidai istintaqı başa çatıb.

 

Lent.az-ın melumatına göre, cinayet işin Sabunçu Rayon Prokurorluğunda yekunlaşaraq Bakı Ağır Cinayetler Mehkemesine gönderilib. İş hakim Azer Orucovun icraatına verilib.

 

 

Qeyd edek ki, qetl bu il aprel ayının 8-de Bakının Sabunçu rayonu, Maştağa qesebesindeki ferdi yaşayış evinde baş verib. 1991-ci il tevellüdlü S.Cavadovun bacısı 1987-ci il tevellüdlü İzzet Cavadovaya çoxsaylı bıçaq xesaretleri yetirib. Onun heyat yoldaşı, eyni zamanda emisi oğlu olan 1984-cü il tevellüdlü Mürsel Cavadovu ise bıçaqla yaralayıb. İ.Cavadova aldığı xesaretlerde ele hadise yerinde dünyasını deyişib. M.Cavadov ise qohumları terefinden xestexanaya aparılıb. Hekimler onun heyatını xilas edibler. Hadiseni töretmekde şübheli bilinen S.Cavadov polis emekdaşları terefinden saxlanılıb. O, hadiseni qısqanclıq zemininde töretdiyini deyib. Bele ki, M.Cavadovla nikahdan iki övladı olan İ.Cavadova erinden boşanmaq isteyib. Cinayet hadisesinden bir neçe gün evvel İ.Cavadova evden qaçıb. Yaxınları onun başqa kişiye qoşulub qaçdığını düşünseler de, bir hefte sonra 29 yaşlı qadın yeniden heyat yoldaşının evine qayıdıb. Daha sonra İ.Cavadovanın kiçik qardaşı olan 25 yaşlı S.Cavadov onların evine gelerek, bacısına 21 bıçaq zerbesi endirib, emisi oğluna ise xesaret yetirib


Oxunub 59 defe