Xəbərlər ::

HADİSƏ :: Azyaşlıların insan alveri meqsedi ile Azerbaycandan Türkiyeye aparılmasının qarşısı alınıb

15-08-2015 11:11

 

 

Avqustun 14-de azyaşlıları istismar meqsedi ve aldatma yolu ile Azerbaycandan Türkiyeye aparmaq isteyen şexs Dövlet Serhed Xidmeti (DSX) emekdaşları terefinden saxlanılıb.

 

APA-nın melumatına göre, bunu bu gün keçirilen metbuat konfransında DSX İstintaq ve Tehqiqat İdaresinin reisi, general-polkovnik Azer İbrahimov deyib.

 

A.İbrahimov bildirib ki, Azerbaycan Respublikası vetendaşı, 1970-ci il tevellüdlü Hacıyev Zahid Qedir oğlu “Şıxlı” Serhed Nezareti Menteqesinden idare etdiyi yük maşınında yetkinlik yaşına çatmayan Gence şeher sakinleri - 2004-cü il tevellüdlü Memmedov Ziyadxan Saleh oğlu, 2003-cü il tevellüdlü Memmedov Asif Receb oğlu ve 2003-cü il tevellüdlü Eliyev Yaqub Elşen oğlunu Türkiye Respublikasına aparmaq barede sonuncularla razılıq elde edib, razılaşmaya esasen onların dövlet serhedini qanunsuz olaraq Gürcüstan istiqametinde keçmeye cehd göstermelerine kömeklik gösterib.

 

Z.Hacıyev azyaşlıların gelecekde istismar meqsedile, aldatma yolu ile Türkiyeye aparıb insan alverine celb etmeyi planlaşdırıb, onların qabaqcadan istifadesinde olan mobil nömresini vererek qanunsuz yolla keçdikden sonra Gürcüstanda teyin edilmiş yerde görüşmek barede razılıq elde edib.

 

DSX emekdaşlarının sayıqlığı neticesinde Zahid Hacıyev ve azyaşlılar saxlanılıb.

 

Faktla bağlı zeruri emeliyyat-istintaq tedbirleri davam etdirilir.


Oxunub 415 defe