Xəbərlər ::

İDMAN :: Qebelede olimpiya atıcılıq növleri üzre Dünya Kuboku başa çatdı

15-08-2015 21:58

APA-nın yerli bürosunun xeberine göre avqustun 15-de kişiler arasında senger stend atıcılığı üzre yarışlar keçirilib. Yarışın final merhelesinde 8 idmançı iştirak edib. Yarışda rusiyalı Aleksey Alipov qızıl medal qazanıb. Xorvatiyalı Çernoqraz Ciovanni ikinci, italiyalı Fraska Erminio ise üçüncü yeri tutub. Yarışdan sonra qaliblerin mükafatlandırılması merasimi keçirilib.

    

Qeyd edek ki, Milli Olimpiya Komitesinin, Gencler ve İdman Nazirliyinin desteyi ve “Qebele” Atıcılıq Klubunun, Azerbaycan Atıcılıq Federasiyasının teşkilatçılığı ile keçirilen Dünya Kuboku yarışlarının final merhelesinde dünya reytinq cedvelinde xüsusi yer tutan olimpiya atıcılıq növleri üzre 100-e yaxın ölkeden 2 mine yaxın idmançı, elece de resmi qonaq ve idman nümayendesi iştirak edib. Dünya Kuboku uğrunda yarışların 5 merhelesi öten bir il erzinde ABŞ, Almaniya, BEE, Kipr ve Meksikada keçirilib. Hemin yarışlarda xal toplayaraq dünya reytinqinde yer tutan idmançılar Qebelede keçirilen dünya kuboku uğrunda yarışların final merhelesinde iştirak etmek hüququ qazanıblar. Yarışların 6-cı merhelesi, yeni final görüşleri avqustun 8-den 16-dek Qebelede keçirilib.

    

Bu yarışlar 2015-ci il erzinde Beynelxalq İdman Atıcılıq Federasiyasının teqvim planında Avropa ve Dünya çempionatından sonra en mühüm yarış hesab olunur. Atıcılığın 17 növü üzre keçirilen bu yarışlarda idmançılar 2016-cı ilde Braziliyanın Rio-de-Janeyro şeherinde keçirilecek Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarize aparıblar. Yarışlar Beynelxalq İdman Atıcılıq Federasiyasının resmi televiziya kanalı olan “ISSF TV” vasitesi ile canlı yayımlanıb.


Oxunub 381 defe