Xəbərlər ::

HADİSƏ :: Azerbaycan ordusu raket ve artilleriya birleşmeleri ile döyüş telimi keçirdi - GÖRÜNTÜLER

26-09-2016 17:48

Şerti düşmenin döyüş düzülüşünün bütün derinliyindeki hedefler mehv edilib

 

Müdafie naziri general-polkovnik Zakir Hesenovun tesdiq etdiyi döyüş hazırlığı planına esasen, Raket ve Artilleriya Qoşunlarının herbi hisse ve birleşmeleri döyüş atışlı telimler keçirib. Lent.az Müdafie Nazirliyinin metbuat xidmetine istinaden xeber verir ki, aprel ayında elde edilmiş döyüş tecrübesi nezere alınmaqla sehra şeraitinde keçirilen artilleriya telimlerinde bölmelerin qarşılıqlı elaqede fealiyyeti, ateşin idare olunması ve müxtelif şeraitli ateş mövqelerinden tapşırıqlar yerine yetirilib.

 

Optik ve radiotexniki keşfiyyat vasiteleri, pilotsuz uçan aparatlar, elece de xüsusi teyinatlıların artilleriya keşfiyyatı icra edilmekle şerti düşmenin döyüş düzülüşünün bütün derinliyinde örtülü ve açıq mövqelerdeki tek ve qrup halında, o cümleden hereketde olan hedefler mehv edilib.

 

Telime celb olunan müxtelif raket sistemleri ve artilleriya qurğuları heyetlerinin döyüş hazırlığı, bacarığı ve qarşılıqlı fealiyyeti Müdafie Nazirliyinin rehberliyi terefinden yüksek qiymetlendirilib.