Xəbərlər ::

HADİSƏ :: Azerbaycanlı genc Suriyada öldürüldü

17-08-2015 11:15

 

Suriyada daha bir azerbaycanlı öldürülüb.

 

APA-nın melumatına göre, Zerdab rayon, Qumlu qesebesinin sakini, 1990-cı il tevellüdlü Tural Yusif oğlu Asdanov iyulun 25-de Suriyada hökumet qüvveleri terefinden öldürülüb.

 

T. Asdanovun yaxınlarının APA-ya verdiyi melumata göre, o 2014-cü ilin sonlarında Suriyaya gedib. T. Asdanov sonuncu defe ailesi ile iyulun 24-de telefon elaqesi saxlayıb. Bir neçe gün sonra ise yaxınları onun ölüm xeberini alıb.

 

Qeyd edek ki, Suriyada veziyyet gerginleşenden sonra bir qrup Azerbaycan vetendaşı bu ölkeye gederek müxtelif qruplaşmaların terkibinde vuruşmağa başlayıb. Öten müddet erzinde hemin döyüşlerde yüzlerle azerbaycanlı heyatını itirib.


Oxunub 453 defe