Xəbərlər ::

SİYASƏT :: Penitensiar Xidmet: "Efv erizesini İlqar Memmedovun isteyi ile yaya bilerik"

17-08-2015 11:58

Bu günlerde Penitensiar Xidmet 2 saylı cezaçekme müessisesinde (CM) ceza çeken REAL Herekatının sedri İlqar Memmedovun efv erizesi yazması ile bağlı açıqlama yayıb. Qurumun metbuat xidmetinin rehberi Yaşar İsakov virtualaz.org saytına açıqlamasında deyib ki, mehkum İlqar Memmedov 2014-cü il, iyulun 22-de Azerbaycan prezidentine efv xahişi ile resmen müraciet edib: “Bu sened onun şexsi işinde de var”.

 

Y.İsakov xüsusi qeyd edib ki, Penitensiar Xidmet İ.Memedovun dövlet başçısına ünvanlandığı efv erizesini istenilen an ictimaiyyete teqdim ede biler.

 

Payiz.Az Penitensiar Xidmete efv erizesinin mezmunun ve ya süretinin ictimaileşdirilmesi ile bağlı müraciet edib. Qurumun metbuat xidmetinin rehberi Yaşar İsakov erizenin onlar terefden ictimaileşdirilmesinin İ.Memmedovun özünden asılı olduğunu bildirib: “Efv erizesi yazmış diger mehkumlar kimi İlqar Memmedovun da müracieti yalnız onun şexsi isteyi ile cezaçekme müessisesinin rehberliyine resmi müracieti esasında ictimaileşdirile biler”.

 


Oxunub 407 defe