Xəbərlər ::

SOSİAL :: Hecc ziyareti ile bağlı ayrılan zevvar kvotası dolmadı

17-08-2015 13:24

Azerbaycanda ilk defe olaraq Hecc ziyaretine ayrılan zevvar yerleri üçün kvota dolmayıb. 

 

Qafqaz Müselmanları İdaresinden APA-ya verilen melumata göre, Hecc ziyareti üçün sened qebulunun vaxtı bu ayın sonuna qeder bir daha uzadılıb. Buna sebeb ziyaret üçün Azerbaycandan ayrılmış 2400 neferlik kvota hele de dolmamasıdır.

 

Öten ile qeder Azerbaycanda Hecc ziyareti üçün fevralın sonunda elan olunan sened qebulu mayın sonu yekunlaşıb. Öten ilki kvota 4 mine yaxın olub, ziyaret xercleri ise teklif olunan variantlar üzre 3250 manat ve 4150 manat olub.

Qeyd edek ki, bu il sened qebulu martın 11-de başlayıb. Azerbaycandan Hecc ziyaretine sefer sentyabrın 11-de başlayacaq. Her il olduğu kimi, bu il de zevvarlara ziyaret iki formada teklif olunur. Daha yaxşı şeraitli hotellerde qalmaq, yemeklerle temin olunmaq, o cümleden hotellerde 4 neferlik otaqlarda yerleşdirme xerci 5750 dollar, nisbeten ucuz, 6 neferlik hotellerde qalmaq üçün teklif olunan variant ise 4700 dollardır.

 

Zevvarlardan sened qebulu üçün pasport, şexsiyyet vesiqesinin sureti, 3x4 sm ölçüde 4 eded fotoşekil ve sağlamlıq haqqında arayış teleb olunur. Senedlerin qebulu yalnız QMİ-de aparılır. Yaxın Şerqde baş veren hadiselerle elaqedar ziyaret yalnız teyyare ile baş tutacaq. Uçuşları AZAL heyata keçirecek. Bu il ilk defe olaraq ziyaret xercleri ABŞ dolları ile aparılır.


Oxunub 469 defe