Xəbərlər ::

SOSİAL :: Bu ay Azerbaycanda neçe neferi ilan vurub?

17-08-2015 14:29

Son 17 gün erzinde respublikada 10 nefer ilan vurma faktı ile Kliniki Tibbi Merkezin toksikologiya şöbesine müraciet edib.

 

Bu barede Payiz.Az-a Toksikologiya şöbesinin müdiri Azer Maqsudov bildirib. Onun sözlerine göre, ilan sancma halları ile bağlı müraciet edenlerden 4-ü xestexanaya qebul edilib. Yerde qalan 6 nefere tibbi yardım gösterilerek eve buraxılıb.

 

Azer Maqsudovun sözlerine göre, bu ay erzinde 5 eqreb sancma halı yaşanıb, ancaq ciddi zeherlenme kimi qebul edilmediyinden her birine tibbi yardım gösterilerek eve buraxılıblar.

 

Şöbe müdiri deyib ki, son 16 gün erzinde 6 nefer derman zeherlenmesi-alergik reaksiya ile şöbeye daxil olub. Bu gün erzinde ise 7 nefer spirtli içki serxoşluğu ile bağlı şöbeye müraciet edib.

 


Oxunub 416 defe