Xəbərlər ::

HADİSƏ :: Bextiyar Vahabzadenin oğlunun selahiyyet müddeti başa çatıb

04-10-2016 13:24

Azerbaycanda iki rayon prokurorunun selahiyyet müddeti başa çatıb.

 

APA-nın melumatına göre, Qobustan rayon prokuroru Azer Vahabzade ve Xızı rayon prokuroru İlham Memmedovun selahiyyet müddetleri sona yetib.

 

Onlar hazırda hemin vezifeleri müveqqeti icra edirler. Adıçekilen şexslerin Qobustan ve Xızı rayon prokuroru vezifelerini icra etmeleri ile bağlı Baş Prokurorluğun saytında da melumat yerleşdirilib.

 

Yaxın vaxtlarda her iki şexsin yeni teyinatı ile bağlı baş prokuror Zakir Qaralov terefinden emr imzalanacağı gözlenilir. 

 

Qeyd edek ki, Azer Vahabzade xalq şairi Bextiyar Vahabzadenin oğludur. O, 2011-ci ilde Qobustan rayon prokuroru teyin olunsa da, uzun müddet işe çıxmayıb. Metbuatda A. Vahabzadenin hemin teyinata etiraz olaraq işe çıxmadığı qeyd olunsa da, Baş Prokurorluğun yaydığı melumatda onun sehheti ile elaqedar bir müddet vezifesini icra etmediyi bildirilmişdi.


Oxunub 100 defe