Xəbərlər ::

SİYASƏT :: Akademik Ramiz Mehdiyev rengli inqilablarla bağlı kitab yazdı

17-08-2015 16:09

Azerbaycan Respublikası Prezidenti Administrasiyasının rehberi, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı ve müasir Azerbaycan” kitabı çapdan çıxıb. Payiz.Az AzerTAc-a istinaden xeber verir ki, aktual mövzularda elmi eserlerle vaxtaşırı geniş oxucu auditoriyasının diqqetini celb eden akademik Ramiz Mehdiyev Azerbaycanda geden proseslerin geniş siyasi-sosioloji ve elmi-felsefi şerhini verir. Bu baxımdan görkemli alimin yeni kitabı da olduqca teqdirelayiqdir.

 

Akademik Ramiz Mehdiyev bu kitabında da geniş elmi axtarışlara söykenerek Azerbaycanda dövletçilik enenelerinin qorunmasının esaslarını etraflı şerh edir ve buna maneeler yaradan amilleri açıq şekilde gösterib. Filosof alim müasir müsteqil Azerbaycanın möhkem temelini qoyan, sabitliyi, güclü iqtisadiyyatı ve demokratiyanı beynelxalq birliye en yaxşı inteqrasiya yolu hesab eden ümummilli lider Heyder Eliyev kursunun bu sahedeki rolunu xüsusi vurğulayır, qeyd edir ki, Azerbaycan tarazlaşdırılmış xarici siyasetini uğurla davam ve inkişaf etdirir. Aydın şekilde diqqete çatdırılır ki, Azerbaycan hakimiyyeti hadiselerin qiymetlendirilmesi ve beynelxalq problemlerin hellinde ayrı-ayrı fövqeldövletlerin maraqları baxımından deyil, beynelxalq hüququn normaları ve ölkenin milli maraqlarından çıxış edir.

 

Akademikin bu kitabı Azerbaycanda ve dünyada baş veren siyasi proseslerin tehlili baxımından olduqca dolğun ve tutarlı faktlarla zengin bir siyasi yanaşma kimi qiymetlendirilmelidir. Prezident Administrasiyasının rehberi haqlı olaraq bele bir qenaete gelir ki, “...rengli inqilablar” istenilen regionda emin-amanlıq üçün tehlüke yaradır ve yalnız ABŞ-ın xoşu gelmeyen rejimleri onun nezaret etdiyi hökumetlerle evez etmek meqsedi güdür”.

 

“Şerq-Qerb” neşriyyat evi terefinden nefis şekilde çap olunan kitab oxuculara Azerbaycan ve rus dillerinde teqdim edilir.

 

Kitabda filosof alimin “İlham Eliyev yeni esrin yeni lideridir”, “Azerbaycan yalnız beraberhüquqlu ve qarşılıqlı hörmete esaslanan dialoq aparmaq ezmindedir ve buna hazırdır, dövletlerarası münasibetlerin başqa formaları onun üçün qebuledilmezdir” serlövheli müsahibeleri ve “İkili standartların dünya nizamı ve müasir Azerbaycan” adlı meqalesi yer alıb.

 

Bu kitab semereli dövlet idareçiliyinin aktual meselelerine, korrupsiyaya qarşı mübarize sahesinde hüquqi ve institusional islahatlara, qeyri-hökumet teşkilatlarının fealiyyetine ve vezifelerine, yeni teşekkül tapmış dünya nizamına ve Qerb terefinden Azerbaycana tetbiq olunan ikili standartlar siyasetine hesr edilib.

 

Kitabda Sovet İttifaqı dağıldıqdan sonra dünyada yaranmış ictimai-siyasi veziyyet geniş tehlil edilir, “Ereb baharı”nın, “mexmeri” ve “rengli” inqilabların heqiqi sebeblerinden söhbet açılır.

 

Akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı ve müasir Azerbaycan” kitabında dünyanın geosiyasi güclerinin vetendaş cemiyyeti institutları vasitesile müxtelif dövletlerin “medeni” işğalı meqsedile heyata keçirdiyi çoxşaxeli siyaseti mükemmel tehlil edilib, postsenaye cemiyyeti quruculuğunun indiki merhelesinde Azerbaycan dövletinin siyasetinin esas prinsipleri nezerden keçirilib, Prezident İlham Eliyevin innovasiyalı siyasetinin mahiyyeti açıqlanıb.

 

Gelecek tedqiqatçılar XXI esrin evvellerindeki siyasi menzereye nezer salarken akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı ve müasir Azerbaycan” kitabından yeterince behrelene bilecekler.

 

Kitab politoloq alimler, ali mekteblerin müellimleri ve telebeleri, habele geniş oxucu auditoriyası üçün nezerde tutulub.


Oxunub 594 defe