Xəbərlər ::

SOSİAL :: Memmed müellimi nece bedbext edecekdim?

05-10-2016 12:06

 

Kendde yaşayan qohumlarım menden çox inciyirler,  deyirler, gedib oturub Bakıda, iki günden bir televizorda çıxış eleyir, amma bizim qolumuzdan yapışmır.  Sen allah, gör dayıoğlu ne deyir: “Camaat bize rişxend eleyir ki, o boyda qohumunuz televizorda şeir deyir, amma size baxmır. Allah haqqı, menim ele qohumum ola, en azı kendde işıq pulu yığan işleyerem”.

 

Qohumlarım haqlıdır. Men hele indiye kimi bir iş düzelde bilmemişem. Hetta adi bir xesteni hekime aparıb müayine etdire bilmirem. Sonu hemişe dava ile neticelenir. İndi xestexanaya gedende meni özleri ile aparmırlar. Bilirler ki, heç ne düz gelmeyecek. Ayağım ağır olduğuna göre yox, sadece hekimle mübahise edecem. Ona göre hekime xeste aparmaqdan canım qurtarıb.

 

Bir gün qonşular  başıma yığışdılar ki, müellim,  seni tanıyırlar get qaz idaresine,  denen bu küçenin üstünden keçen qaz xettini bir az  yuxarı  qaldırsınlar,  hündür maşın gelen kimi banına  deyir.  Qara kostyum, qırmızı qalstuq  geyinib “Ya Allah” deyib üz tudum qaz idaresine. Müdir  xeriteni açdı qoydu qabağıma.  O qeder deqiq izah eledi, min faiz başa düşdüm ki,  bunların qeti günahı  yoxdur,  meseleni yuxarı ile  hell elemeliyem.  Getdim yuxarıya, yeni rayon qaz istismar idaresine. Sağ olsunlar, düzdü, meni  çox yaxşı qarşıladılar, qarşıma çay qoydular. Meseleni deyenden sonra  yene defter kitabı tökdüler qabağıma, her şeyi izah elediler. Artıq  özüm anladım ki, xetti deyişmekle  tamamile qanunsuz bir  iş görürük. Hele arzu ve isteyimize berk  esebleşdim. Dediler, lap yuxarılar, yeni baş idare size kömek ede biler.

 

Ora da getdim, dedim, yaxşı deyil, qonşular mene iş  etibar eleyibler, gerek axıra çatdıram. Ne ise, baş idare  de meni başa saldı ki, nahaq eziyyet çekib gelmişem, bu iş düzelesi iş deyil. Lap mühendis xanım  fililoji tehsili olduğunu da  bir az büruze verdi, yeni menim yaradıcı insan  olduğumu nezere alıb, yüngülvari işare de eledi ki, müellim, sizin üreyinize  düşen  bu arzu  yerli-dibli sehvdi, üreyinizden silin getsin.

 

Kor- peşiman çıxıb geldim eve. Qonşulara meseleni izah eledim.

İki günden sonra gördüm ki,   hemin qaz xettininin yerini deyişirler. Utana-utana geldim yaxına. Tükez  arvad sinesini ireli verib dedi ki, men özüm Salmana dedim, Salman da hell eledi. Salman  20-ci sahede yaşayır, biz Bayılda. Bir ayağını çekir, bir ayağı ile de hemişe küçeye atılmış su qablarına tepik vurur. Orta tehsilli  bir adam, lap derinden düşünende adi fehle. O günü getdiyim yerlere heç ayağı deymeyib. Heç baş idarenin yerini bilmir.

 

Bax, bu da menim iş düzeltmeyim… O Tükez arvad, bu da men.

 

Lap ele bu yaxınlarda poçt idaresinde işleyen  bir dostum geldi ki,  menim kiçik uşağımın 11 yaşı var. Xeste  olduğu üçün  derse getmeyib, jurnalda heç adı da yoxdu. Gedek onu düzeldek,  4-cü sinifde oxusun. Çünki yaşıdları 4-cü sinifde oxuyur. Dedim, ne danışırsan,  bu iş düzelesi deyil. O da dedi ki, qardaş, sen Tehsil Nazirliyinin  yerini göster mene.  Sen dur qıraqda, men özüm  hell edeceyem. Ne qeder eledim, başa düşmedi. Getdik eyy.  Bir nefer bu işe baxan  adamla görüşdük, 35 il müellim  işlediyimi dedim, metodist müellim, baş müellim, ali kateqoriyalı müellim, Respubilkanın  Qabaqcıl Maarif Xadimi olmağımı, ne var, hamısını dedim. O  da öz növbesinde yerinden durub menimle tezeden görüşdü. Ne xeyri, o  müellim hüquqi  dille men müellimi işin qeyri mümkünlüyü barede  ele başa saldı ki, dedim, qardaş, dur gedek, bu, düzelesi iş deyil. Hetta üstelik  elave eledi ki, 35 ildir müellim işleyirsen, sen bu qanunları niye bilmirsen?

 

Dostum dedi, sen get, menim qardaşdan xoşum geldi, bir az söhbetim var. Aradan bir neçe hefte keçenden sonra  dostumla görüşdüm, dedim, qardaş, ne var ne yox? Dedi, yaxşıdır her şey, uşaq  derse gedir. Dedim, kim düzeltdi, dedi, hemin adam. Dedim, axı deyirdi, düzelen iş deyil.  Dostum  qayıtdı ki, düz bir hefte yapışdım xirtdeyinden, düzeltdi.

 

Deqiq bilirem ki, bele şeylerde dostum elini cibine salan deyil, yeni o mesele qeti olmayıb. İnce bir nüans var bele şeylerde. Qanan, başa düşen, oxumuş adam heç vaxt iş düzelde bilmir. Qanmayan, oxumayan  bir anın içinde meseleni hell eleyir.

 

Bu yay qonşular  yene geldiler üstüme.  Dediler ki,  Memmed müellimin evini rayon icra hakimiyyeti  sökür. Dedim, tez olun, Tükez arvadı  tapın. Tükezi verdik qabağa. Küçemizin oxumuş adamlarının  hamısı Tükez arvadın  arxasında dayanmışdı. Tükez arvad   söküntünü dayandırdı. Çox sevindim, yaxşı ki, qabağa çıxmamışam, yoxsa Memmed müellim bedbext olacaqdı.


Oxunub 69 defe