Xəbərlər ::

İQTİSADİYYAT :: SOCAR Türkiyede neft axtarışına başlayır

17-08-2015 18:25

 Türkiyenin Energetika ve Tebii Servetler Nazirliyinin neft işleri idaresi “SOCAR Turkey Enerji A.Ş.”ye beş il müddetinde neft axtarışı heyata keçirmek üçün icaze senedi verib.

 

APA-Economics” Türkiyede çıxan resmi qezete istinaden xeber verir ki, idare terefinden “SOCAR Turkey Enerji A.Ş.” ve “OPC Petrol Arama ve Üretim Ltd.” şirketlerine Qaziantep, Kahramanmaraş, Diyarbekir, Adıyaman, Batman, Muş, Mardin ve Şırnakda birge istifadede olan erazilerde 5 il müddetinde neft axtarışının heyata keçirilmesi ile elaqedar ümumilikde 7 icaze senedi verilib.

 

Senede esasen, “SOCAR Turkey Enerji A.Ş.”ye Qaziantep, Kahramanmaraş bölgesinde bir, Diyarbekir bölgesinde bir, Adıyaman bölgesinde bir ve Diyarbekir, Batman, Muş bölgesinde 1 lisenziya olmaqla ümumilikde neft axtarışının aparılması üçün 4 lisenziya elde edib.

 

Lisenziyanın şertlerine göre, “SOCAR Turkey Enerji A.Ş.” ve “OPC Petrol Arama ve Üretim Ltd.” öhdeliyiklerine düşen iş ve investisiya proqramı qarşılığında 2%-lik investisiya teminatını 30 gün erzinde idareye teqdim etmelidir.

 

Xatırladaq ki, SOCAR 2012-ci il mayın 30-dan etibaren Türkiyedeki fealiyyetini “SOCAR Turkey Enerji A.Ş.” adı ile davam etdirir.


Oxunub 417 defe