Xəbərlər ::

MƏDƏNİYYƏT :: Fransada Mehset Gencevinin heykeli ucaldılıb

08-10-2016 13:26

Fransanın Konyak şeherinde Mehseti Gencevinin heykeli ucaldılıb.

 

 

Heyder Eliyev Fondundan Lent.az-a verilen melumatına göre, esas meqsedlerinden biri Azerbaycan medeniyyetinin dünyada geniş tebliği olan Heyder Eliyev Fondu Fransada “Nizami Gencevi ve Mehseti Gencevi: XII esrle XXI esri birleşdiren edebi körpü” adlı layihesi çerçivesinde bir çox şeherlerde tedbirler teşkil edib. Fondun növbeti tedbiri Fransanın Konyak şeherinde dünya şöhretli rübailer ustası Mehseti Gencevinin heykelinin açılış merasimi olub.

 

Azerbaycanın Fransadakı sefirliyinin ve Heyder Eliyev Fondunun birge teşkilatçılığı ile Tovuz ve Konyak şeherlerinin qardaşlaşmasının ilk layihesi olan Mehseti Gencevinin heykelinin şeher merkezinde, meriyanın bağında ucaldılması burada esl Azerbaycan mühiti yaradıb.

 

XII esrin Azerbaycan intibah medeniyyetinin zenginleşmesinde xüsusi mövqeyi olan söz ustadlarından biri, poetik yaradıcılığı yerli ve xarici şerqşünasların diqqet merkezinde olan ve yüksek qiymetlendirilen Mehseti Gencevinin ağ mermerden hazırlanmış heykelinin açılış merasimi Konyak şeherinin meri Mişel Qurenşanın çıxışı ile başlayıb.

 

Konyak şeherinin meri evvelce ölkemizle elaqelerden danışıb. O, Konyakın minillik yubileyinde Tovuz şeher nümayende heyetinin iştirakını, iki şeher arasındakı medeni elaqelerin getdikce daha da möhkemlendiyini qeyd edib. Mehseti Gencevinin abidesinin ve “Oranjeri” zalının açılışının ikiterefli münasibetlerin zenginleşmesine xidmet edeceyini bildirib. “Orenjeri” zalının sergilerin teşkil olunmasına, her iki şeherin sakinlerinin bir-birinin medeniyyetini yaxından tanımasına imkan yaradacağını vurğulayıb.

 

Sonra Azerbaycanın Fransadakı sefiri Elçin Emirbeyov çıxış ederek  Azerbaycanın zengin tarixi, medeniyyeti, Azerbaycanın birinci xanımı Mehriban Eliyevanın rehberlik etdiyi Heyder Eliyev Fondunun dünyada, xüsusile de Fransada heyata keçirdiyi layiheler haqqında geniş melumat verib.

 

Diplomat Tovuz ve Konyak şeherleri arasında imzalanan qardaşlaşma xartiyasına toxunaraq ikiterefli münasibetlerin inkişafında onun rolunun ehemiyyetini qeyd edib. O, Mehseti Gencevinin hele XII esrde eserlerinde qadınların hüquqlarını ve kişi-qadın beraberliyini müdafie etdiyini diqqete çatdırıb. Mehseti Gencevinin eserlerinin bu gün bir çox dillere tercüme olunduğunu ve sevile-sevile oxunduğunu bildirib.

 

Mehseti Gencevinin eserlerinin 900 illiyinin 2013-cü ilde UNESCO-da tenteneli şekilde qeyd olunduğu, Heyder Eliyev Fondunun desteyi ile Müluz Yuxarı Elzas Universitetinde Mehseti Gencevi adına zalın fealiyyet gösterdiyi diqqete çatdırılıb. E. Emirbeyov Konyakda Azerbaycanın böyük şairesinin xatiresine gösterilen ehtirama göre teşekkürünü bildirib.

 

Sonra Konyakın merinin müavini Jan-Fransua Herouard Mehseti Gencevinin yaradıcılığından danışaraq hezin musiqi sedaları altında onun rübailerinden bir neçesini söyleyib.

 

Tedbir iştirakçıları Mehseti Gencevinin heykelinin müellifleri Salhab Memmedov ve Eli İbadullayeve yaratdıqları bu ecazkar esere göre teşekkür edibler.

 

Açılış merasiminden sonra meriyada teşkil olunan kokteylde tarzen Rövşen Qurbanovun ve kamança ustası Ceyhun Muradovun müşayieti ile Gülay Zeynallı muğamlarımızı ifa edib. Tedbir iştirakçıları Azerbaycan muğamlarına valeh olduqlarını bildiribler.


Oxunub 148 defe