Xəbərlər ::

DÜNYA :: Qezaya uğrayan teyyarenin qalıqları tapıldı

18-08-2015 07:28

İndoneziyanın Papua vilayetinde qezaya uğrayan ATR 42-300 teyyaresinin qalıqları tapılıb.

 

APA-nın RİA Novosti agentliyine istinaden verdiyi melumata göre, yerli hüquq-mühafize orqanları teyyarenin hava limanına enmeye 10 deqiqe qalmış Oksibil şeheri yaxınlığında qezaya uğradığını bildirib.

 

“Trigana Air” aviaşirketine mexsus, göyertesinde 54 sernişin ve ekipaj heyeti olan teyyare avqustun 16-da yoxa çıxmışdır.

 

Hazırda teyyarenin qalıqlarının tapılması üzre emeliyyat davam edir. Emeliyyatda 100-dek mütexessisin iştirak etdiyi bildirilir.


Oxunub 428 defe