Xəbərlər ::

HADİSƏ :: Bakıda film kimi olay: "Lexus"da genc qız huşsuz veziyyetde tapıldı

18-08-2015 10:49

Bu gece Bakı şeherinin Nerimanov rayonunda dehşetli hadise baş verib. Payiz.Az-ın elde etdiyi melumata göre, saat 01:30 radelerinde Oqtay Şamilzade küçesinde yerleşen çoxmertebeli binanın qarşısında dayanmış ve müherriki işlek veziyyetde olan "Lexus" markalı avtomobilin yanından 1993-cü il tevellüdlü Yusifli Yusif Tofiq oğlunun meyiti tapılıb. Hemin avtomobilin arxa oturacağından ise 19 yaşı olan Röyane adlı qız huşsuz veziyyetde aşkarlanıb. Genc qız derhal Kliniki Tibbi Merkeze çatdırılıb.

 

İlkin araşdırmalar neticesinde genc qızla oğlanın intihar etdikleri üze çıxıb.

 

O da melum olub ki, "Lexus" markalı avtomobil Y.Yusifliye mexsus olub ve o, yaxınlıqda yerleşen binanın 11-ci mertebesinde yaşayıb.

 

Faktla bağlı cinayet işi açılıb. Araşdırmalar davam etdirilir.


Oxunub 433 defe