Xəbərlər ::

SOSİAL :: SOCAR emekdaşlarına keskin qoxulu etir, saç, mini, dırnaq ve makiyaj QADAĞASI

18-08-2015 12:06

 

7 bendden ibaret olan geyim standartında işçilerin saç düzümünden tutmuş, geyindikleri corabadek bütün detallar nezere alınıb.

 

 

Olar: Qolları çiyinden azı 15 sm aşağı, uzunluğu ise azı dizden olan donlar.

 

Olmaz: Dar ve qısa, parlaq rengli donlar.

 

Bu Azerbaycanda Dövlet Neft Şirketi işçileri üçün avqustun 1-den qüvveye minen “SOCAR-ın korporativ geyim forması standartı”ından nümunedir.

 

Geyim standartında kişilere tünd renglerde (qara, boz, göy ve s.) kostyum, solğun ve tek tonlu köynek, rengi geyime uyğun olan neytral rengli ayaqqabı, tek tonlu corab geyine biler. Kişilerin nişan üzüyü, sade qol saatı taxmasına icaze verilir.

 

Qadınların da esasen, tünd rengli kostyum ve ya klassik biçimli şalvar ve pencek, eteye uyğun gelen solğun ve tek tonlu köyneklere geyine bilerler. rengbereng, naxışlı corabların geyinilmesine, işe corabsız gelmeye icaze verilmir.

 

“İŞÇİLER ÖZ ZÖVQLERİNE UYĞUN GEYİNE BİLERLER, AMMA…”

 

SOCAR-ın Hüquq İdaresinin reis müavini Şahin İsmayılbeyov deyir ki, avqustun 1-den bu qaydaların tetbiqi resmileşdirilib, amma bundan önce de emekdaşlar bu geyimlere emel edirdi:

 

“Ona göre de tetbiqle bağlı ele de bir problem yoxdur. Bezi media qurumları standartlar qüvveye mindiyi vaxt yazırdılar ki, SOCAR vahid geyim formasına keçib. Amma bu bele deyil. Vahid geyim forması bezi, dükanlarda, restoranlarda ve ya diger yerlerde olur. Her kes eyni geyinir. Biz sadece olaraq standartlar tetbiq etmişik ve işçiler bilir ki, onlara ne geyinmek olar, ne yox? Ona uyğun öz zövqlerine uyğun geyinirler”.

 

Texminen 7 bendden ibaret olan geyim standartında işçilerin saç düzümünden tutmuş, geyindikleri corabadek bütün detallar nezere alınıb. Hetta qadınların makiyajı da. SOCAR-ın qadın işçilerinin makiyajı sade, dırnaqları qısa olmalıdır. Keskin qoxulu etirlerden, rengli, böyük boyunbağı, sırğa ve qolbağlarından istifadeye icaze verilmir.


Oxunub 531 defe