Xəbərlər ::

İDMAN :: Bakı Olimpiya Stadionu dünyada "en yaxşı" seçildi

18-08-2015 16:37

İnşaat sahesinde böyük beynelxalq nüfuza malik “Engineering News Record” jurnalı (ENR) dünya miqyasında ilin en yaxşı layihelerinin siyahısını açıqlayıb. Apasport.az saytının melumatına göre, Bakı Olimpiya Stadionu bu baxımdan seçilib.

 

Bele ki, bu ilin martında Bakı-2015 I Avropa Oyunları erefesinde istifadeye verilen Bakı Olimpiya Stadionu idman qurğuları kateqoriyasında ilin en yaxşı layihesi elan olunub. Layihe müsabiqeye “Thornton Tomasetti” şirketi terefinden teqdim edilib.


Qeyd edek ki, ENR jurnalı dünyanın en yaxşı inşaat ve dizayn layiheleri müsabiqesini artıq üçüncü defedi keçirir. Dünya miqyasında tanınmış ekspertlerden ibaret münsifler heyeti müsabiqeye teqdim olunmuş layiheleri tehlükesizlik, innovasiya, ictimai ehemiyyet, dizayn ve inşaat üstünlükleri baxımından qiymetlendirir, eyni zamanda layiheni heyata keçiren şirketlerin de çetinliklerin öhdesinden nece gelmesi nezere alınır.


Oxunub 406 defe