Xəbərlər ::

SOSİAL :: Beynelxalq Türk Xeber Kanalı yaradıla biler - MÜZAKİRE

18-08-2015 16:44

Avqustun 18-de Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövletlerin Emekdaşlıq Şurasının (TDEŞ) informasiya ve media meseleleri üzre nazirlerinin birinci görüşü başlayıb.

 

APA-nın "AZERTAC"a istinaden verdiyi melumata göre, tedbirde Azerbaycanı prezidentin ictimai-siyasi meseleler üzre kömekçisi, Prezident Administrasiyasının ictimai-siyasi meseleler şöbesinin müdiri Eli Hesenovun başçılığı ile nümayende heyeti temsil edir. Nümayende heyetine Azerbaycan Dövlet İnformasiya Agentliyinin (AZERTAC) baş direktoru Aslan Aslanov, İctimai Televiziya ve Radio Yayımları Şirketinin baş direktoru Cemil Quliyev daxildirler.

 

Türkdilli Dövletlerin Emekdaşlıq Şurasının baş katibi Ramil Hesenovun sedrliyi ile keçirilen tedbirde Türkiye Radio ve Televiziya Korporasiyasının baş direktoru Şenol Göka, Qazaxıstanın investisiya ve inkişaf naziri Asset İssekeşev, Qırğızıstanın medeniyyet, informasiya ve turizm naziri Altınbek Maksudov iştirak edirler.

 

Görüşde Beynelxalq Türk Xeber Kanalının yaradılmasına dair elaqelendirme qrupunun hesabatının müzakiresi ve tesdiq olunması, Türk Şurasının kanalın yaradılması ile bağlı konsepsiya senedinin, nazirler terefinden imzalanacaq informasiya ve media üzre birge Emekdaşlıq Protokolunun, TDEŞ-in milli televiziya kanalları arasında Emekdaşlıq Protokolunun ve Türk Şurasının Xeber Agentlikleri arasında emekdaşlığa dair Anlaşma Memorandumunun tesdiq olunması nezerde tutulur. Hemçinin TDEŞ-e üzv ölkeler arasında informasiya ve media sahesinde emekdaşlığın diger aspektleri, Türk Şurasının informasiya ve media meseleleri üzre nazirlerinin ikinci görüşünün yerinin müeyyenleşdirilmesi ve s. meseleler müzakire olunacaq.

 

Xatırladaq ki, türkdilli ölkeleri birleşdiren beynelxalq teşkilat - TDEŞ 2009-cu ilde Naxçıvan şeherinde yaradılıb.


Oxunub 444 defe