Xəbərlər ::

HADİSƏ :: Xedice İsmayılın mehkemesi davam edib

18-08-2015 18:39

Bu gün Bakı Ağır Cinayetler Mehkemesinde hebsde olan jurnalist Xedice İsmayılovanın cinayet işi üzre növbeti mehkeme prosesi keçirilib.

Payiz.Az-ın melumatına göre, hakim Ramella Allahverdiyevanın sedrlik etdiyi prosesde Xedice İsmayılova mehkeme terkibine yeniden etiraz edib. Etiraz temin olunmayıb.

Xedice İsmayıl jurnalistler Ramal Hüseynovla Elçin Zahiroğlunun şahid qisminde dindirilmesini mehkemeden isteyib.

 

Xedice İsmayılın vesatetleri temin edilmeyib.

Prosesde Xedice İsmayılova 125-ci madde ile bağlı suallara yalnız zererçekmişin iştirakı temin olunandan sonra cavablandıracağını deyib: “Meni vergiden yayınmaqda, vezife selahiyyetlerinden sui-istifade etmekde ittiham edirler”.

Sonra X.İsmayılova zererçekmiş şexsin mehkemede iştirakı ile bağlı vesatet qaldırıb. Hakim onunla elaqe saxlamağın mümkün olmadığını bildirib.

Mehkeme senedlerin tedqiqi merhelesine başlayıb ve sabah davam edecek.

 

Qeyd edek ki, Baş Prokurorluğun metbuat xidmetinin X.İsmayılovanın hebsi ile bağlı yaydığı melumatda bildirilir ki, “Azadlıq” radiosu ve “Meydan TV” teleradio şirketinde müxbir vezifesinde işlemiş Tural Mustafayevin oktyabrın 20-de Denizkenarı Milli Parkda sink-oksid dermanı qebul ederek özünü öldürmeye cehd etmesi faktına öre Sebayel Rayon Prokurorluğunda Cinayet Mecellesinin 125-ci (özünü öldürme heddine çatdırma) maddesi ile cinayet işi başlanıb.

X.İsmayılova jurnalist Tural Mustafayevin şikayeti esasında saxlanılıb. T.Mustafayevin intihara cehd etmesi ile bağlı Sebayel Rayon Prokurorluğunda fakt esasında Cinayet Mecellesinin 125-ci (özünü öldürme heddine çatdırma) maddesi ile cinayet işi başlanıb ve bu ittiham üzre 5 dekabr, 2014-cü ilde X.İsmayılova baresinde 2 ay müddetine hebs-qetimkan tedbiri seçilib.

 


Oxunub 727 defe